Əsas Səhifə > Siyasət, Manşet > RUSİYADAN AZƏRBAYCANA İNQİLAB PULLARI

RUSİYADAN AZƏRBAYCANA İNQİLAB PULLARI


16-05-2013, 09:54
RUSİYADAN AZƏRBAYCANA İNQİLAB PULLARI
HANSI DAHA REALDIR: AZƏRBAYCANIN «İVANAŞVİLİSİ», YOXSA «REYQANI»

DİA.AZ: - Prezident seçkilərinin yaxınlaşması eyni zamanda təxribatçı qüvvələrin də fəallaşması ilə müşaiyət olunmaqdadır. Artıq bu istiqamətdə Azərbaycan iqtidarı ilə bir türlü yollaşmayan Rusiya və İranın xüsusi aktivliyi müşahidə olunmaqdadır. Əgər İran tərəfi dini fanatlardan ibarət dəstələr hesabına vəziyyəti gərginləşdirməyi düşünürsə, Rusiya daha geniş bir plan üzərində çalışır ki, hətta bu plana hakimiyyət daxilindəki rusiyayanlı qüvvələrin də cəlb edilməsi faktdır.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, təxminən bir ay əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvilinin «Azərbaycanda Rusiya tərəfindən «Lukoyl»un rəhbəri Vahid Ələkbərovun iştirakı ilə çevriliş planı hazırlanır» xəbərdarlığı səbəbsiz deyilmiş. Xatırladaq ki, həmin ərəfədə rəsmi Bakı bu xəbərdarlığı «qeyri-ciddi açıqlama» kimi yozmaq zorunda qaldı. Amma reallıq tamam başqadır.

Redaksiyamızı bilgiləndirən etibarlı mənbə iddia edir ki, bu gün rəsmi Bakı Rusiyanın üzərinə basqılarını tam ağırlığı ilə hiss edir: «Konkret olaraq Vahid Ələkbərov məsələsinə gəlincə isə, həqiqətən də onun «Azərbaycanın İvanaşviliisi» olması ideyası mövcud olub. Amma sonradan bu ideyanın Rüstəm İbrahəimbəyovun timsalında «Azərbaycanın Reyqanı» ideyası ilə əvəzlənməsi nəzərə çarpsa da, bu daha çox aldadıcı vəziyyət kimi qəbul olunmalıdır».

Mənbəmiz ortaya real faktlar da qoyur: «Bu gün Rusiyanın ayrı-ayrı istiqamətlərindən Azərbaycana şübhəli qaynaqlardan böyük miqdarda pullar göndərilib. Artıq bu əməliyyatlar rəsmi Bakının ekspertləri tərəfindən təsbit olunduğundan nəzarət prosesi həyata keçirilir».

Mənbəmizə görə, ən aşağı həcmi - 20 ABŞ dolları olan, ən yuxarı həcmi isə - 150 ABŞ dolları olan bu pul köçürmələri son bir ayda daha da artıb və özü də müxtəlif istiqamətlərə, müxtəlif adlara göndərilib: «Təbii ki, ümumilikdə olaraq bu pul köçürmələrinin toplam miqdarının 3 milyon ABŞ dolları həddinə çatması şübhələri daha da artırdığından, məsələnin tam ciddiliyinə varılır».

Mənbəmiz əlavə etdi ki, hər halda bu vəsaitlərin hamısı da olmasa, böyük əksəriyyəti məhz Rusiyanın Azərbaycanda çevriliş planı üçün nəzərdə tutulduğu heç şübhəsizdir: «Çünki digər dönəmlərdə Azərbaycana bir ay ərzində göndərilən ənənəvi pul limitinin miqdarı artıb. Hər halda, bunu kimsə Rusiyadakı soydaşlarımızın daha çox pul qazanmaları ilə əsaslandıra bilməz».

Geri qayıt