Əsas Səhifə > Gündəm, Manşet > YAP-PA TOQQUŞMASI YENİDƏN ALOVLANMAQDADIR

YAP-PA TOQQUŞMASI YENİDƏN ALOVLANMAQDADIR


16-05-2013, 09:27
YAP-PA TOQQUŞMASI YENİDƏN ALOVLANMAQDADIR
RAMİZ MEHDİYEV HAKİM PARTİYANI SEÇKİDƏN KƏNARDA QOYMAQ İSTƏYİR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri hakim partiya ilə Prezident Administrasiyası rəhbərliyi arasındakı düşmənçilik ovqatının daha da yüksəlməsinə nədən olub. Xatırladaq ki, zaman-zaman YAP elitası ilə PA şefi Ramiz Mehdiyevin münasibətlərindəki gərginlik mətbuata belə sirayət edib. Və nəticədə YAP-ın icra katibi Əli Əhmədova qarşı birbaşa olaraq PA-dan qaynaqlanan mətbu kampaniya aparılıb.

Eyni zamanda hazırda həbsdə saxlanılan keçmiş deputat Gülər Əhmədova ilə bağlı yaranmış ajiotaja ilkin reaksiyalarda da YAP-la PA-nın arasında ciddi fikir ayrılığının olması və hətta bu fikir fərqliliyinin düşmənçilik həddində olduğu da aşkara çıxdı. Belə ki, Gülər Əhmədovanı müdafiə edən PA-nın şöbə müdiri Əli Həsənovdan fərqli olaraq YAP yetkilisi Əli Əhmədov Gülər Əhmədovanı «dələduz» adlandırmaqdan belə çəkinmədi. Sonradan mətbuata məqsədli şəkildə Əli Əhmədovla Elşad Abdullayevin qohum olmaları, bu səbəbdən də Əli Əhmədovan prosesdə tərəf kimi çıxış etdiyi haqda da dolaşdırıcı informasiyalar ötürüldü.

Bir sözlə YAP-la PA arasında sərinliklər hər zaman olub və indi də özünü nəzərə çarpdırmaqdadır. DİA.AZ-a hökumət içindəki məlumatlı qaynaqlardan daxil olan informasiyada bildirilir ki, son parlament seçkilərində Əli Əhmədovun deputat seçilməsinin belə qarşısını almağa çalışan Ramiz Mehdiyev bu dəfə də YAP-ı seçki prosesindən ovsaytda saxlamağa çalışır.

Mənbənin iddia etdikləri: «Ramiz Mehdiyev bununla YAP-sız seçkilərin keçirilməsinin mümkünlüyünü ortaya qoymaq niyyətindədir. Elə buna görə də yerli icra strukturlarına seçki prosesinə tam nəzarət statusunun verilməsinə çalışır. Əgər bu baş verərsə, hakim partiya avtomatik olaraq seçki prosesindən kənarda qalmış olacaq».

Mənbəmiz onu da bildirdi ki, əslində Mehdiyev bu yolla həm də seçkilər üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin də YAP-ın nəzarətindən çıxarılması marağından çıxış edir: «Təbii ki, ortada həm də böyük pullar var. Və rəqabət də bu pulların uğrundadır - həm də»…

Geri qayıt