Əsas Səhifə > Partiya > KEÇMİŞ CƏBHƏÇİ HAKİMİYYƏTİ ÖYDÜ

KEÇMİŞ CƏBHƏÇİ HAKİMİYYƏTİ ÖYDÜ


10-12-2011, 14:56
KEÇMİŞ CƏBHƏÇİ HAKİMİYYƏTİ ÖYDÜ

“RÜŞVƏTXORLARA QARŞI MÜBARİZƏ İZLƏRİ GÖRÜNƏN SAHƏLƏR VAR”

Hökumət korrupsiyanın səviyyəsini azaltmaq cəhdləri edir, lakin bu “idman növü” üzrə Azərbaycan əvvəlki kimi dünyada aparıcı yerlərdən birini tutur. Bu barədə obyektiv.tv –yə QHT-lərin Korrupsiyaya qarşı mübarizə şəbəkəsinin koordinatoru, “Konstitusiya” araşdırma fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, cəmiyyətin rüşvətə alışqanlıq səviyyəsinin yüksək olması vətəndaşların məmurlarla şəxsi təması və onlardan asılılığı ilə şərtlənib. Bundan başqa, AR CM-də qanunsuz varlanmaya görə məsuliyyət müəyyən edən maddə yoxdur.

Vətəndaşlar özləri bəzən öz ifadələrindən imtina edirlər. Qanundan yayınmaya görə qeyri-rəsmi ödəmələrin bütöv bir sistemi mövcuddur. Bu kimi misallar az deyil, lakin rüşvətxorlara qarşı mübarizə örnəkləri də var, bu il rüşvət alarkən yaxalanmış 40 yol polisi əməkdaşı işdən qovulub.

Respublikada rüşvətxorlara qarşı mübarizə izləri görünən sahələr var. Məsələn, bu gün istənilən sahibkar (fiziki, hüquqi şəxs, ölkə vətəndaşı və ya əcnəbi – fərqi yoxdur) bir neçə dəqiqə ərzində Vergilər Nazirliyində qeydiyyatdan keçə və artıq ertəsi gündən işə başlaya bilər.

Nazirlər Kabineti məmurlarla birbaşa əlaqədən qaçmaq üçün dövlət orqanlarında elektron formada qəbul edilən 373 adda ərizə və müraciət dərc edib.

Nuriyev beynəlxalq Transparency International təşkilatının Azərbaycanı korrupsiyanın səviyyəsinə görə ötən ilki indeksi (2,4) saxlamaqla, 183 ölkə arasında 143-cü yerə qoymasını ədalətsiz hesab edir. Sadalanan irəliləyişlər nəzərə alınmaqla, şəffaflıq indeksi yüksək olmalıdır və bu tendensiya, çox güman ki, gələn il diqqətə alınacaq.

Prezidentin məmurların şəxsi qazancları haqqında maliyyə hesabatı verməsi haqqında 9 avqust 2005-ci il tarixli qərarı bütün səviyyələrdə icra edilməlidir, İqtisadi İnkişaf Nazirliyi isə gömrük və vergi rüsumları göstərilməklə, bütün malların real qiymətlərindən ibarət aylıq cədvəl dərc etməlidir.

Korrupsiyaya qarşı mübarizə haqqında qanuna uyğun olaraq (7-ci maddə), dövlət və hökumət müəssisələrinin rəhbərlərinə yaxın qohumlarını məsul vəzifələrə götürmək qadağan edilib. Lakin təcrübədə bu, belə deyil. Bundan başqa, yüksək vəzifəli məmurun ailə biznesi hesabına iqtisadiyyata real təsir etmək və çox vaxt inhisarçı olmaq imkanları var.


Geri qayıt