Əsas Səhifə > Güney Press / Manşet > SÖYÜN SADIXOV İLYA ƏLİYEVƏ SAHİB ÇIXASI OLDU

SÖYÜN SADIXOV İLYA ƏLİYEVƏ SAHİB ÇIXASI OLDU


15-05-2013, 15:19
SÖYÜN SADIXOV İLYA ƏLİYEVƏ SAHİB ÇIXASI OLDU
DİA.AZ: - Bu gün ən aktual məsələlərdən biri də Sankt-Peterburqda azərbaycanlı bir iş adamının həbsi hadisəsidir ki, artıq bu olayda çox şəxslərin adları hallandırılmaqdadır. Xatırladaq ki, az əvvəl Sankt-Peterburqdakı Azərbaycan Diasporasının sədri Vaqif Məmişov da DİA.AZ-a eksklüziv açıqlamasında bu şəhərin В«qarpız bazarınınВ» sahibi İlya (İlham) Əliyevin həbsinə münasibətini açıqlamaqla yanaşı, onunla qohum olmadığını bildirmişdi.

Qeyd edək ki, bu məsələdə ən maraqlı mövqeni Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov nümayiş etdirməkdədir.

DİA.AZ-ın da apardığı araşdırmalardan aydın olur ki, ümumiyyətlə, bu məsələnin ört-basdır edilməsinə çalışan Söyün Sadıqov baş vermiş olayla bağlı öz nəzarətində olan В«azerros.ruВ» saytında məlumatları da təhrif edilmiş formada verib. Belə ki, həmin saytda В«Peterburqda killerlər bandası həbs olunduВ» başlığı ilə verilən informasiyada bütün həbs olunanların adları açıqlansa da, İlham Əliyev barədə heç bir informasiya verilməyib.
SÖYÜN SADIXOV İLYA ƏLİYEVƏ SAHİB ÇIXASI OLDU

Bunu şərh edən Rusiyadakı mənbəmiz DİA.AZ-a bildirdi ki, Söyün Sadıxovun bu şəkildə davranması səbəbsiz deyil: В«Ola bilsin ki, kimlərsə İlya Əliyevdən imtina edir, amma Söyün Sadıxov bunun əksini həyata keçirir. Yəqin məsələ bu həddədirsə, İlya Əliyev Söyün Sadıxovun köməkliyi ilə yaxın günlərdə azadlığa çıxa biləcəkВ».

Onu da qeyd edək ki, İlya Əliyevin adı sözügedən cinayət işində Leonid Kolesnikov adlı rusa qarşı suhi-qəsd cəhdində və bir erməni iş adamının qətlində sifarişçi kimi keçir.

Geri qayıt