Əsas Səhifə > Güney Press / Manşet > ADMİNİSTRASİYADA SARAYDAXİLİ ÇEVRİLİŞ PLANI
ADMİNİSTRASİYADA SARAYDAXİLİ ÇEVRİLİŞ PLANI15-05-2013, 14:55 |
![]() DİA.AZ: - В«Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı PA daxilində çox ciddi koalisiya yaranmaqdadırВ». Bu ilginc məlumatı redaksiyamıza çatdıran bilgili qaynaq iddia edir ki, PA şefinin vəzifəsindən alınması üçün hərəkətə keçən qrup əslində ənənəvi antimehdiyevçi şəbəkəni formalaşdıranlardır, sadəcə olaraq, onlar son dövrlərdə güclərinin üstünə güc qatmaqla yanaşı, imkanlarını da genişləndiriblər. Məlumatlı mənbənin DİA.AZ-a söylədikləri: В«Söhbət Əli Əsədovla Zeynal Nağdəliyevin formalaşdırdığı qruplaşmadan gedir. Onlar bu gün eyni zamanda iqtisadi sferada da müstəqil maliyyə qaynaqları formalaşdırmaqla məşğuldurlar. Ümumiyyətlə, son dövrlər qurulan əksər iqtisadi strukturların heç birinin Ramiz Mehdiyevə aidiyyatı yoxdur, əksinə, ona qarşı dayanan cinah sözügedən istiqamətdə xüsusi fəaldırВ». Mənbəmiz bildirir ki, hazırki məqamda maliyyənin də ciddi əhəmiyyət daşıdığı danılmazdır: В«Çünki istənilən bir özfəaliyyət üçün özəl maddi baza olmalıdır. Ramiz Mehdiyev illərdir iqtidarın maraqları naminə formalaşan maliyyə resurslarını həm də öz maraqları naminə istismar edir. Bu gün sözügedən xəttdən qidalanan sektorlar təbii ki, Ramiz Mehdiyevin diqtəsi ilə hərəkət etdiyindən əks cinahın alternativ qaynaqlara ehtiyacı varВ». Mənbəmiz onu da əlavə etdi ki, artıq əllərində ciddi imkanlar olan Nağdəliyev-Əsədov cütlüyü Ramiz Mehdiyevə samballı zərbə vura bilmələri üçün plan da hazırlayıblar: В«Bunun adına В«saraydaxili çevrilişВ» də demək olar. Yaxın günlərdə bu hərəkətlənmənin böyük sədası eşidiləcəkВ». Geri qayıt |