Əsas Səhifə > Cəmiyyət, Manşet > BİLƏSUVARDA NEFT ALVERİ

BİLƏSUVARDA NEFT ALVERİ


10-12-2011, 14:45
BİLƏSUVARDA NEFT ALVERİ

İCRA BAŞÇISI MƏCBURİ KÖÇKÜNLƏRİN HESABINA VARLANIR

DİA.AZ: - Cəbrayıl rayonundan olan məcburi köçkünlərə mənzilləri qızdırmaq üçün nəzərdə tutulan aylıq ağ neft verilmir. Bu haqda məlumat saytımıza hazırda Cəbrayıl sakinlərinin Biləsuvarda məskunlaşdığı çadır şəhərciyindən daxil olub.

Xatırladaq ki, dövlət qış fəslində məcburi köçkünlərə yaşadıqları mənzillərini qızdırmaq məqsədilə 5 ay müddətində aya 40 litr ağ neft verməlidir. Amma hələ ötən il 40 litr ağ neftin 10 litri Biləsuvarda rayon icra hakimiyyəti tərəfindən heç bir səbəb gətirmədən kəsilib. Amma indi noyabr ayı üçün nəzərdə tutulan norma ümumiyyətlə verilməyib.

Bu il də vəziyyətin dəyişməyəcəyi gözlənilir. Çünki dekabrın 7-də icra başçısı Mahmud Quliyev 6 saylı çadır qəsəbəsində yerləşən Xanış Rüstəmov adlı orta məktəbdə toplantı keçirib və bildirib ki Sabirabaddan bura yanacaq gətirmək heç də asan deyil, əziyyətli bir işdir. Məcburi köçkünlər artıq bu mesajı icra başçısının ailələrə veriləcək 40 litr ağ neftdən 5-10 litrinin kəsiləcəyinin anonsu kimi qəbul edib.


Geri qayıt