Əsas Səhifə > Cəmiyyət, Manşet > VAQİF MƏMİŞOV SON HƏBSLƏRDƏN DANIŞDI - ÖZƏL

VAQİF MƏMİŞOV SON HƏBSLƏRDƏN DANIŞDI - ÖZƏL


15-05-2013, 13:31
VAQİF MƏMİŞOV SON HƏBSLƏRDƏN DANIŞDI - ÖZƏL
«GÜNAHI VARSA, CƏZALANDIRILMALIDIR»

DİA.AZ: - Məlum olduğu kimi, Sankt-Peterburqda səs-küylü bir həbs həyata keçirilib. Və rus polisi Rusiyadakı azərbaycanlılar arasında kifayət qədər yaxşı tanınan İlya (İlham) Əliyev adlı bir azərbaycanlı iş adamını da həbs ediblər.

DİA.AZ-ın bu olayla bağlı verdiyi xəbərlərdən də aydın olur ki, İlya Əliyev rus əsilli və erməni əsilli iki iş adamının həyatına qəsddə ittiham olunur və onunla bərabər daha altı nəfər də hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Onu da bildirək ki, İlya Əliyevin hazırda Sankt-Peterburqda yaşayan digər tanınmış bir azərbaycanlı - Sankt-Peterburqdakı Azərbaycan Diasporasının sədri Vaqif Məmişovla quda olması da söylənilir.

Bununla əlaqədar DİA.AZ olaraq Vaqif Məmişovla telefon əlaqəsi qurduq və redaksiyamıza eksklüziv açıqlamasında diaspora sədri olduqca ilginc məqamları açıqladı:

- Vaqif müəllim, son həbslərdə sizin də adınız hallandı. Bu məsələyə münasibətiniz?

- İlk əvvəl bir məqama aydınlıq gətirmək istəyirəm. Məni Azərbaycan mətbuatında «Azərros»un nümayəndəsi kimi təqdim edirlər, bu yanlışdır. Mən Sankt-Peterburqda Azərbaycan Diasporasının rəhbəriyəm və 14 ilə yaxındır ki, bu vəzifəni daşıyıram.

Mənim İlham Əliyevlə qohum olduğumu da yazırlar. Bu da yalandır. Mənim onunla heç bir qohumluq əlaqəm yoxdur. Onun həbsinə gəlincə isə, bu barədə nə deyə bilərəm ki… Əgər bu adam cinayət törədibsə, günahı varsa, qanun qarşısında cavab verməlidir.

Mənim adımın bu işdə hallandırılması da məqsədlidir. Mən bilirəm bu, kimlərin işidir.

- Siz İlham Əliyevi ıəvvəlcədən tanıyırdınızmı? Yəni həbsdən qabaq hansısa münasibətiniz olubmu?

- Tanışlıq deyəndə, onu burdakıların hamısı yaxşı tanıyırdı. Tanınmış adam olduğundan mən də tanıyırdım, başqaları da. Belə xüsusi münasibətlərimiz isə olmayıb.

- Bəs Azərbaycan Diasporası olaraq hansısa müdafiə işini görmək fikriniz varmı? Hər halda, İlham Əliyev azərbaycanlıdır və siz də Azərbaycan Diasporasının rəhbərisiniz…

- Nə müdafiə işi görəcəyik ki? Günahı varsa, cinayətkardırsa, cəzalandırılmalıdır.

- Vaqif müəllim, hətta cinayətkarın belə müdafiə olunmaq hüququ var. Yəni Azərbaycan Diasporası olaraq həbs olunmuş bir azərbaycanlı kimi İlham Əliyevə sahib çıxmayacaqsınız? Ən azından onun vəkillə təminatı məsələsində yardım edə bilərsiniz…

- Onun özünün və ailəsinin yaxşı imkanı var. Mən inanmıram ki, onların vəkil tutmağa problemləri olsun. Amma bu halda belə, kömək edə bilərik. Lakin bir məsələni bir daha vurğulayım ki, cinayət törədibsə, onun müdafiəsi də mümkün deyil.

Geri qayıt