Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB
DAHA BİR İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB15-05-2013, 08:43 |
BEYLƏQANIN İCRA BAŞÇISI PA ŞEFİNİN ADAMI KİMİ DÜŞƏRGƏDƏN QOVULUR DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddiin Quliyev vəzifəsindən alınır. Amma deyəsən, Quliyev tək yola salınmayacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, Goranboyla yanaşı, daha bir rayonun da başçısının sərəncamı eyni gündə oxunacaq. Mənbənin söylədikləri: «İkinci icra başçısı Beyləqan rayonunun icra başçısıdır». Qeyd edək ki, Vaqif Abdullayev zaman-zaman mətbuatda ad çıxarıb və hətta bu günlərdə onun yerli sahibkarlardan biri tərəfindən döyülməsi xəbəri də yayılmışdı. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Vaqif Abdullayev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı hesab olunur: «Bir zamanlar Prezident Administrasiyasında işləyən Vaqif Abdullayev də məhz Mehdiyevin adamı olması səbəbindən iqtidar düşərgəsindən çıxdaş ediləcək». Geri qayıt |