Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANLILARA QAN UDDURAN "PETERBURQ 4-LÜYÜ"

AZƏRBAYCANLILARA QAN UDDURAN "PETERBURQ 4-LÜYÜ"


14-05-2013, 15:03
AZƏRBAYCANLILARA QAN UDDURAN "PETERBURQ 4-LÜYÜ"
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirdik ki, Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan əsilli iş adamı, krminal aləmdə də kifayət qədər tanınan İlya (İlham) Əliyev rus əsilli sahibkarlardan birinə qəsd ittihamı ilə həbs edilib. Bildirək ki, İlya Əliyev tək yox, 6 nəfərlə birgə həbs edilib ki, az əvvəl bu barədə DİA.AZ olaraq dolğun bilgiləri diqqətinizə təqdim etdik.

İndi isə redaksiyamıza İlya Əliyevlə bağlı yeni faktlar daxil olub və Azərbaycan oxucusunda bu adamın kimliyi barədə müəyyən təəssüratın yaradılması üçün əldə etdiyimiz bilgilər kifayət qədər qiymətli hesab oluna bilər.

Rusiyadakı soydaşlarımızın DİA.AZ-a bildirdiyinə görə, İlya Əliyevlə В«AzerrosВ»un Sankt-Peterburqdakı sədri Vaqif Məmişov qudadırlar. İlya Əliyev oğluna Vaqif Məmişovun qızını alıb. Ümumiyyətdə, İlya Əliyev və Vaqif Məmişov da daxil olmaqla Peterburqda bir dördlük fəaliyyətdədir ki, bu dördlüyün əsas iş-gücü digər azərbaycanlı sahibkarları əzməkdən, onlakrın biznesini iflasa uğratmaqdan ibarətdir.

Hər halda, bu gün Azərbaycan dövlətinə qarşı gedən Söyün Sadıxovu Peterburqdakı adamlarının bundan artıq bir işdə bulunmalarını təxmin etmək o qədər də çətin deyil.

Gələk faktlara. Mənbəmiz bildirir ki, Məmişov və Əliyevlə yanaşı bu dördlüyə В«mutilşikВ» ləqəbli Məşhur Qasımov və В«kraşennıyВ» ləqəbli Əli Salmanov da daxildirlər. Onların hər birinin öz ayaması var ki, Vaqif Məmişovun ləqəbi В«reşalşikВ», hazırda həbs olunduğu söylənilən İlya Əliyevin ləqəbi isə В«pətənəВ»dir.

Məlumatlara görə, bu dördlük zaman-zaman azərbaycanlı saihkbarları Peterburqda sıxışdırmaqla məşğul olublar: В«hətta məqsədlərinə çata bilmələri üçün azərbaycanlı iş adamlarına, onların yaxınlarına sui-qəsdlər də təşkil ediblər. Hər zaman isə bütün bu fəaliyyətləri Rusiyanın xüsusi xidmət orqanları tərəfindən dəstəklənibВ».

Mənbəmiz bildirir ki, bu gün Peterburqda yaşayan 120 min azərbaycanlı məhz rus və erməni əsilli sahibkara ilişməsi səbəbindən İlya Əliyevin barəsində verilən həbs qərarına sevinir: В«Çünki onlar son anda həddlərini aşdılar. Əslində Kolesnikova qarşı sui-qəsd cəhdində də hədəf azərbaycanlılar idi. Kolesnikov bir mühafizə xidmətinin nümayəndəsi olaraq İlya Əliyevin hədəfinə çevrildi ki, bu səbəbdən də məhz rus əsilli birisinin həyatına qəsd edilməsi nəhayətdə İlya Əliyevin həbsinə səbəb oldu. Bu işin gözünə bir erməni restoranlar şəbəkəsi sahibinin qətlini də qatmaqla, məsələyə etnik don geyindirməyə çalışırlar ki, bu da əslində Rusiya xüsusi xidmət orqanlarının öz işlərini ehtiyatlı tutma cəhdindən başqa bir şey deyil. Yəni bu üsulla ruslar dünənə qədər məhz onlara söykənərək azərbaycanlı sahibkarlara divan tutan öz adamlarının gələcəkdə baş verə biləcək hər hansı şantajından sığortalanırlarВ».

Onu da bildirək ki, məşhur В«Peterburq dördlüyüВ»nə daxil olanların hamısı В«AzərrosВ»da rəhbər vəzifədədirlər və eyni zamanda bir-birilərilə qohumdurlar. Mənbəmiz bildirir ki, В«AzerrosВ»un Sankt-Peterburq şöbəsinin sədri olan Vaqif Məmişov qızını İlya Əliyevin oğluna verib, xalası qızını isə Məşhur Qasımovun oğluna verməklə onlarla qohum olub. Əli Salmanov isə Vaqif Məmişovun bacısı qızını öz oğluna almaqla qohumluq əlaqəsi quraraq məşhur dördlüyün tamamlayıb.

Onu da bildirək ki, İlya Əliyevin Azərbaycanda da ortaqlarının olması haqda xəbərlər var. Bu barədə daha sonra diqqətinizə məlumatları çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt