Əsas Səhifə > Hadisə > MASALLIDA BİR QARIŞ TORPAQ ÜSTÜNDƏ QAN TÖKÜLDÜ
MASALLIDA BİR QARIŞ TORPAQ ÜSTÜNDƏ QAN TÖKÜLDÜ14-05-2013, 12:31 |
Masallıda qohumlar arasında baş verən qanlı cinayətin təfərrüatları məlum olub. Masallı rayon Prokurorluğundan ANS PRES-ə verilən məlumata görə, Şıxlar kəndində Məhəmməd Əmənova əmisioğlu və digər qohumu tərəfindən qətlə yetirilib. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Hüseynov və A.Əmənov tutulublar. Hadisənin baş verməsinə gəlincə, Məhəmməd Əmənovun dayısı Qəhrəman Əkbərovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bir qarış torpaq üstündə baş verib. Belə ki, Məhəmməd Əmənov və Anar Əmənovun şərikinə torpaqları olub. Onlar həmin otlaq üstündə davalı olublar. Qəhrəman Əkbərovun sözlərinə görə, mayın 12-də Məhəmməd Əmənov otlaqda əmisioğlu ilə dalaşıb. Daha sonra evə gəlib və dərman ataraq yatıb. Həmin gün günortadan sonra Anar Əmənov qohumu İsmayıl Hüseynovu da götürüb və onlara gedib. İsmayıl Hüseynov özü ilə yaba və bıçaq götürüb. Həyətə giriblər. Onları Məhəmməd Əmənovun anası qarşılayıb və oğlunun evdə olmadığını bildirib. Lakin səsə M.Əmənov yuxudan ayılıb və həyətə çıxıb. Əmisioğluna mehribancasına “xoş gəlmisiniz” deyib. Amma bu xoş münasibətin əvəzini qohumlar başqa cür veriblər. Anar Əmənov əmioğlunun sinəsindən tutub. İsmayıl Hüseynov əlində yaba arxadan onu vurmaq istəyib. Ana oğlunun vurulmasına mane olmaq istəyib. İsmayıl Hüseynov qadını yaba ilə vurub. Daha sonra bıçağı pencəyinin cibindən çıxararaq arxadan Məhəmməd Əmənovun kürəyinə sancıb. “Daha sonra onlar həyətdən qaçıblar. Ürəyindən ağır yaralanan Məhəmməd Əmənov maşınlə xəstəxanaya aparıblar. Xəstəxananın həyətinə çatanda M.Əmənov dünyasını dəyişib”, - deyə Qəhrəman Əkbərov bildirdi. Faktla bağlı cinayət işi başlanıb. Geri qayıt |