Əsas Səhifə > Gündəm, Manşet > BİR NAZİRLİKDƏN BOYLANAN TƏHLÜKƏLİ ŞƏBƏKƏ

BİR NAZİRLİKDƏN BOYLANAN TƏHLÜKƏLİ ŞƏBƏKƏ


14-05-2013, 10:04
BİR NAZİRLİKDƏN BOYLANAN TƏHLÜKƏLİ ŞƏBƏKƏ
ŞAHRZA ƏLİYEV VƏ ONUN “MOREN” LƏQƏBLİ ŞƏRİKİ HAQQINDA BALLADA

DİA.AZ: - Bu günki mövzumuz hal-hazırda gündəmdə olan Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevdən və onun şəriki,biznesdə partnyoru olan “Moren” ləqəbli Bəşirov Mərhəmət adlı şəxsdən olacaq.

DİA.AZ bildirir ki, Şahrza Əliyevlə bağlı mətbuatda çox tənqidi yazılar dərc olunub və sonda həmin yazıların əksəriyyəti jurnalistlərə edilən təyziqlər nəticəsində saytlardan çıxarılıb və ya mətbu orqanlar təkzib verməsinə məcbur edilib.

Təxminən üç il bundan əvvəl “Yeni Nəsil” (yeni-nesil.az) (ynp.az) portalında “Şahrza Əliyev, yoxsa Şahrza Pəhləvi?” adlı yazı dərc olunmuşdur. Bu yazı dərc olunan gündən “Yeni Nəsil” portalının əməkdaşları Şahrza Əliyevin və onun əlaltıları tərəfindən təyziqlərə məruz qalmışdılar.

Düzdür, Şahrza Əliyevin özünün də tanınmış, nüfuzlu müstəqil qəzetlərdə dostları və tərəfdaşları az deyildir və onlar da gecələr restoranlarda keçirilən gizlin görüşlərdə ona ürək-dirək verirdilər ki,narahatçılığa heç bir əsas yoxdur.

DİA.AZ bildirir ki, ancaq buna baxmayaraq o “Yeni Nəsil” adlı mətbu orqanın əməkdaşlarına, öz şəriki “Moren” ləqəbli Mərhəmət Bəşirov və saxladığı idmançı dəstəsinin vasitəsi ilə böyük təyziqlər göstərmişdir. Şahrza Əliyevin Bakı şəhərində sağ əli, Lerik rayonundan olan həmyerlisi “Moren” ləqəbli Mərhəmət Bəşirov barəsində 1993-cü ildə çinayət işi başlanmış ,o rəsmi axtarışa verilmışdir.

Buna səbəb onun sahibi olduğu “Anam” adlı bankdan külli miqdarda pul mənimsəyərək bankı müflis vəziyyətinə çatdırması olmuşdur. Çox güman ki,oxuculara “Moren” ləqəbli Bəşirov Mərhəmətin kim olması maraqlıdır. Bu şəxslə bağlı bizdə hətta elə məlumatlar var ki, onlar hələ , işıq üzü görməyib.

Məsələn ,1990-ci illərin əvvəllərində “Moren”nin ürəyindən elə adamlarla qohum olmaq arzusu keçirdi ki,onların köməkliyi ilə öz böyük layihələrini həyata keçirə bilsin. Ancaq onun bu istəyi ürəyində qaldığına görə arzularının heç biri həyata keçməyib və sonda o müflis olub borca düşdüyündən məsuliyyətdən canını qurtarmaq üçün ölkədən qaçmağa məcbur olub.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bu şəxs 1993-cü ildən, sahibi olduğu “Anam” bankı bankrot vəziyyətinə düşdükdən sonra, hüquq- mühafizə orqanlarından qaçaraq Azərbaycanı tərk etmişdir və Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev ilə çox gözəl münasibətdə olduğu üçün Ukraynada məskünlaşmışdır.O hətta Ukraynada Azərbaycan diasporasının fəal üzvünə çevrilmişdir.

Rəhmətlik Heydər Əliyev Ukraynada səfərdə olanda və ölkəmizin diaspora üzvləri ilə görüşəndə Mərhəmət Bəşirov cürət edib tədbirə qoşulmuş, kollektivlə birlikdə ulu öndərlə şəkil çəkdirməyə də nail olmuşdur. Və səhərisi gün bu tədbir Azərbaycan mətbuatında işıqlanmışdır. Tədbirdən çəkilən şəkillər isə qəzetlərin manşet səhifələrində,telekanallarda getmişdir.

Bunu görən bizim hüquq- mühafizə orqanları Mərhəmət Bəşirov tanımışdılar və məlum olmuşdur ki, o axtarışda olan həmin şəxsdir. Bundan sonra Mərhəməti bizim hüquq -mühafizə orqanlarının göstərişi ilə Ukraynada həbs edirlər və o Ukraynada üç ay həbsdə qalır. Ancaq nə səbəbdənsə Mərhəmət sonra məsuliyyətdən azad olunaraq azadlığa buraxılır.

Sonradan aydın olur ki,onun azadlığa buraxılmasında Şahrza Əliyevin böyük rolu olub və Mərhəmət azadlıqda olmasına görə məhz Şahrza Əliyevə borcludur. Mənbənin bildirdiyinə görə Mərhəmətin “Anam” bankına görə dövlətə olan borcunu Şahrza Əliyev ödədiyi üçün Ukrayna hüquq- mühafizə orqanları “Moren”i azadlığa buraxıblar.

Bax bu yerdə qayıdaq yenə də 2010-cu ilin axırlarına və 2011-ci ilin əvvəllərinə. Həmin illərə ki, “Yeni Nəsil” portalı Şahrza Əliyevdən məqalə yazıb. O zaman Şahrza Əliyev hədə-qorxu gələrək həmin yazını saytdan çıxartdırmaq istəyirdi. Bu işdə də ona əlindən gələn köməyi edən məhz “Moren” ləqəbli Mərhəmət olub. Mərhəmətin həmişə “Ukraynasayağı” bir devizi ,”ponyatkası” olub;əgər jurnalist xoşluqla başa düşmürsə, demək onu güclə ,idmançıların köməkliyi ilə ilə başa salmaq lazımdır ki, o başa düşsün. Bu səbəbdən “Yeni Nəsil” portalının kollektivi o zaman Mərhəmətin böyük təyziqinə məruz qalırdı . Həmin təyziqlərə məruz qalanlardan biri də tanınmış jurnalist Səbuhi Məmmədli olub. Deyilənə görə,o vaxtlar “Moren” in idmançıları nəşriyyatda “Yeni Nəsil” portalının baş redaktoru Mahmud Rasimoğlunu axtaranda,onların rastına Səbuhi Məmmədli çıxıb .

Kimsə onlara deyib ki, Rasimoğlu ilə Səbuhi Məmmədli dosdurlar və o onun yerini bilə bilər. Deyilənlərə görə Səbuhi Məmmədlinin buna görə hətta həyatı o vaxtlar böyük təhlükə altında olub. Şahrza Əliyevin rəhbərliyi ilə,başda “Moren” ləqəbli Mərhəmət olmaqla, muzdlu idmançılar düz iki həftəyə yaxın jurnalistlərə təyziq göstəriblər ki,həmin yazı “Yeni Nəsil” portalından çıxarılsın.

Sonda həmin təyziqlərə dözməyən “Yeni Nəsil” portalının kollektivinin xahişi ilə,həmin yazı baş redaktorun göstərişi ilə portaldan çıxarıldı. Bunların əməllərindən zara gələn jurnalistlər sadəcə bir vaxtacan bu məsələni unutmaq məcburiyyətində qalmışdılar,ancaq bu gün jurnalistlər “Moren” ləqəbli Bəşirov Mərhəmətin kim olduğunu bildikdən sonra,bu məsələni yenidən gündəmə gətiriblər.

Apardığımız araşdırmalar nəticəsində bizə məlum olub ki, Səməd Vurğun küçəsi 118 ünvanında Şahrza Əliyev və “Moren” ləqəbli Bəşirov Mərhəmətin şərikli, təxminən 40 milyon manat dəyərində olan “Jasmin” adlı ticarət mərkəzi var.

Bundan başqa, aldığımız məlumata görə Şahrza Əliyevin və Mərhəmət Bəşirovun Bakı şəhərində çoxlu sayda MTK-ları və yeni tikilən binaları var.

Bizi izləyin, araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Geri qayıt