Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV İRANDAN GİROV DÜŞÜB QAYITDI

RAMİZ MEHDİYEV İRANDAN GİROV DÜŞÜB QAYITDI


14-05-2013, 09:05
RAMİZ MEHDİYEV İRANDAN GİROV DÜŞÜB QAYITDI
RƏSMİ TEHRAN ONUN ADİ DƏFTƏRXANA RƏHBƏRİ OLMASINA ƏMİN OLDU

DİA.AZ: - «Təsəvvür edin, Azərbaycanda kifayət qədər nüfuzlu dövlət məmuru hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana etdiyi səfər, İranda keçirdiyi görüşlər, gəldiyi anlaşmalar bir hadisə ilə - AMEA-nın əməkdaşı Xalidə Xalidin həbsilə sıfır vəziyyətinə gətirildi. Sanki belə bir səfər edilməmişdi, belə bir danışıqlar aparılmamışdı». Bu sözləri DİA.AZ-a açıqlamasında bildirən hökumət içindəki qaynaq iddia edir ki, əslində PA şefinin İran səfərinin uğursuzluğu təkcə Xalidə Xalidin həbsiylə qabarmadı:

«Bu səfər ilk başdan uğursuz notlarla satrt götürmüşdü. Ramiz Mehdiyev İranda Qərbi söyməklə, Qərbin Azərbaycanda çevriliş etməsi haqda fikirlər söyləməklə əslində, təmsilçisi olduğu xəttin mahiyyətini ortaya qoymağa çalışdı. Amma bu, alınmadı. Çünki Tehranda da vəziyyətin tamam fərqli olduğunu anlayırlar və yaxşı bilirlər ki, hələ özünü xilas etməyə çalışan Ramiz Mehdiyevin Azərbaycan dövləti adından İran qarşısında nələrisə vəd etməsi imkansızdır».

Mənbəmiz bildirir ki, bu səbəbdən Ramiz Mehdiyev Tehranda olarkən məlum həbs qərarı həyata keçirildi: «Bununla İran Ramiz Mehdiyevlə danışıqlar masasına yeni mahiyyət qatmış oldu. Çünki danışıqların əsas predmetlərindən biri məhz İran agenturasının adamı kimi həbs olunan dindarların azadlığı idi. Amma Ramiz Mehdiyev belə bir azadlıq vədini vermə ixtiyarında deyildi və Tehranla diplomatik tərzdə danışmaq istədi. Fars-molla rejimi isə diplomatiyanı bir kənara atıb, qarşılıqlı girov siyasətinə üstünlük verdi. Belə bir bir prosesdə isə əliyalın qalan Mehdiyev uğursuz İran səfərindən əliboş şəkildə geri dönməli oldu».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Ramiz Mehdiyevdən Tehranda Mövsüm Səmədovun azadlığa buraxılması istənilib. Və bildirilib ki, əgər PA şefi belə hökmlü şəxsdirsə və rəsmi Bakı üçün belə əhəmiyyətli fiqurdursa, o zaman bu addım Mehdiyev İrandaykən atılmalıdır. Amma bu tələb yetərli olub ki, Ramiz Mehdiyevin rəsmi Bakı üçün bir dəftərxana rəhbəri olduğu sübuta yetirilsin».

Mənbəmiz onu da əlavə etdi ki, elə bu səbəbdən Ramiz Mehdiyevin UĞURLU İRAN SİYASƏTİ sonradan Azərbaycanın rəsmi mətbuatında, tam olaraq Ramiz Mehdiyevin nəzarəti altında olan mətbuatda belə təbliğ olunmadı.

Geri qayıt