Əsas Səhifə > Hadisə > MÜƏLLİMLƏRİN MAAŞI NƏ QƏDƏR OLMALIDIR

MÜƏLLİMLƏRİN MAAŞI NƏ QƏDƏR OLMALIDIR


10-12-2011, 12:09
MÜƏLLİMLƏRİN MAAŞI NƏ QƏDƏR OLMALIDIR

HAKİMİYYƏT MÜƏLLİMLƏRİ NECƏ ALDATDI?

DİA.AZ: - Dövlət başçısı dekabrın 1-dən etibarən təhsil işçilərinin əməkhaqlarının artırılması haqqında sərəncam verib. Sərəncamda bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 10 faiz artırılacaq. Lakin bu artımın ali təhsil müəssisələrində çalışanlara şamil edilməməməsi təəccüb doğurur. Bununla yanaşı ölkənin kifayət qədər maliyyə resursları olduğu halda hökumətin nədən cəmi 10 faiz artıma getməsi də aydınlıq tələb edir. Çünki müəllimlərin maaşları olduqca aşağıdır.

Halbu ki, tək orta məktəblərdə deyil, həm də ali məktəblərdə çalışan müəllimlərin maaşlarının artırılmasına ehtiyac var idi. Düzdür, ali təhsil ocaqlarında çalışanların əməkhaqları orta məktəbdə işləyənlərlə müqayisədə nisbətən yüksəkdir, amma hazırki rəqəm də qənaətbəxş deyil. Amma bütün bunlara baxmayaraq orta ümumtəhsil məktəblərində çalışanların əməkhaqlarının 10 faizlik artımı cüzi bir göstəricidir. Bir neçə ildir ki, müəllimlər maaşlarının artımını həsrətlə gözləyirdi. 10 faiz heç illik inflyasiya qarşılamır. Ona görə 2-3 dəfə artım olmalıdır ki, onların sosial yaşayışlarını təmin edə bilsin. Bu gün təhsil işçilərinin məvacibləri 600-700 manatdan aşağı olmamalıdır.


Geri qayıt