Əsas Səhifə > Gündəm, Manşet > PA ŞEFİ MƏHƏRRƏM ƏLİYEVDƏN HESABAT İSTƏDİ
PA ŞEFİ MƏHƏRRƏM ƏLİYEVDƏN HESABAT İSTƏDİ10-05-2013, 11:56 |
MEHDİYEV ƏLİNƏ DÜŞƏN İLK FÜRSƏTİ FÖVTƏ VERMƏDİ: DƏNGƏLƏR DƏYİŞİR DİA.AZ: - Bu günlərdə yanına gələn şikayətçini döydürməsi ilə gündəmə gələn Prezident Administrasiyasının rəsmisi, keçmiş «qorotdel» şefi Məhərrəm Əliyevin bu davranışı ölkədə böyük rezonans doğurdu. DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, Məhərrəm Əliyevdən bu olayla bağlı izahat da istənilib. Ən maraqlısı isə odur ki, keçmiş polis rəisindən izahatı onun rəqibi kimi tanınan, həm də yeni iş yerində müdiri olan Prezident Administrasiyasının Ramiz Mehdiyev istəyib. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Ramiz Mehdiyev bu yolla həm Məhərrəm Əliyevə əslində yerini göstərmiş olub və həm də onun üzərində rəhbərliyini hiss etdirib. Mənbənin söylədikləri: «Əslində Ramiz Mehdiyevin bu sarıdan diskomfort yaşadığını əvvəldən də duymaq mümkün idi. Çünki Məhərrəm Əliyev PA-ya ilk təyin olunduğu günlərdə yerli mətbuatda belə bir xəbərlər yayıldı ki, Məhərrəm Əliyev PA-ya məhz Ramiz Mehdiyevi bitirməsi üçün gəlir. Və buna cavab olaraq Mehdiyevə yaxın mətbuatda «Məhərrəm Əliyev sadəcə olaraq Ramiz Mehdiyevin köməkçisidir» başlıqlı cavablar yer almağa başladı. Yəni Ramiz Mehdiyev ictimai rəydə bu məsələni çözməli idi və əlinə düşən ilk fürsətdəcə istədiyini həyata keçirmiş oldu. Bu, həm də PA şefinin son günlərdə artan nüfuzu ilə də birbaşa əlaqəlidir». Mənbə bildirir ki, Ramiz Mehdiyev bu davranışları hakimiyyət içində çox böyük hadisə kimi qarşılanıb. Geri qayıt |