Əsas Səhifə > Güney Press / Manşet > BÜTÜN İCRA BAŞÇILARI SINAQ DÖVRÜNÜ YAŞAYIR

BÜTÜN İCRA BAŞÇILARI SINAQ DÖVRÜNÜ YAŞAYIR


8-05-2013, 16:48
BÜTÜN İCRA BAŞÇILARI SINAQ DÖVRÜNÜ YAŞAYIR
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Prezident Administrasiyasında icra hakimiyyəti başçılarına sərt formada xəbərdarlıq edilib. Belə ki, PA rəhbərinin müavini Zeynal Nağdəliyevin adından bütün rayon başçılarının diqqətinə çatdırılıb ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar xüsusən seçkilər dövründə hər hansı rayonda ümumiqtidar maraqlarını təhlükə altında qoya biləcək hadisələrin yaşanması həmin rayonun rəhbəri ilə bağlı tədbir qərarının verilməsilə nəticələnəcək.

Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq PA adından edilən bu xəbərdarlığa uyğun olaraq problemli hesab olunan rayonların icra başçılarının hər biri xüsusi nəzarətə götürülüb.

Mənbənin söylədikləri: В«Onların arasında həm Qubanın, həm Gədəbəyin, həm Goranboyun və həm də daha bir neçə rayonun icra başçıları var. Onlara qəti surətdə tapşırıq verilib. Və əgər hansısa neqativ insident yaşanacaqsa, qərar qətidir, operativ surətdə tədbir görüləcəkВ».

Onu da xatırladaq ki, artıq praktikada yerli əhalinin etirazları fonunda rayon rəhbərinin istefaya göndərilməsi ənənələri mövcuddur. Bu kimi hadisələr Qubada və İsmayıllıda yaşanılıb. Və anoloji prosedurun icrası yenidən mümkündür. Hər halda, dünənə qədər xalqa qarşı zülm edənlərin bir günün içində sülh mələyinə dönüşməsi nə praktik, nə də nəzəri baxımdan mümkün deyil…

Geri qayıt