Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TAM ANARXİYADIR
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TAM ANARXİYADIR8-05-2013, 15:45 |
![]() DİA.AZ: - Biz dəfələrlə Sumqayıt Dövlət Universitetində baş verən qanunsuzluqlar və korrupsiya faktlarını diqqətinizə təqdim etmişik. Lakin təəssüflər olsun ki, keçmiş təhsil naziri Misir Mərdanovla yaxın münasibətləri olan Nadir Qəhrəmanov bütün hallarda “sudan quru çıxmağı” bacarırdı. Ümidvarıq ki, obyektivliyi və prinsipiallığı ilə seçilən yeni təhsil naziri Mikayıl Cabbarov onun haqqında lazımi ölçü götürəcəkdir. Bu günlərdə isə DİA.AZ-ın elektron poçtuna SDU-da baş verən özbaşınalıqlarla bağlı daha bir məktub daxil olub. SDU-nun rektoru Nadir Qəhrəmanovun sözügedən təhsil müəssisəsini qeyri-rəsmi formada özəlləşdirdiyini bildirən mənbə, rektorun bütün yaxın qohumlarının müxtəlif vəzifələrdə təmsil olunduğunu vurğulayıb: “Bu universitet Nadir Qəhrəmanov tərəfindən özəlləşdirilib. Bütün yaxın qohumlarını universitetdə müxtəlif vəzifələrə yerləşdirən Qəhrəmanov, dövlət müəssisəni ailə üzvlərinin qazanc mənbəyinə çevirib. Rektor təyin edildikdən sonar qardaşı Rəşidi universitetin “Ümumi Kimya” kafedrasına müdir təyin edən Nadir Qəhrəmanov digər yaxın dost-tanışlarına da səxavətlə vəzifə paylayıb”. DİA.AZ-a daxil olan məlumata görə, N.Qəhrəmanov kadr təyinatı məsələsində namizədlərin təhsil səviyyəsi, bilik və bacarığına diqqət yetirmir, bu cür təyinatlarda yalnız öz istəyini əsas götürür: “Nadir Qəhrəmanov orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı şəxsi universitetin “Riyaziyyat” kafedrasına müdir təyin edib. Gəlini Afaq İsmayılzadə isə “Üzvi Kimya” kafedrasında dosentdir. A.İsmayılzadə dosent kimi dövlətdən maaş almasına baxmayaraq bir dəfə də olsun universitetə ayaq basmayıb. Yəni nə dərs deməli olduğu tələbələri onu tanıyır, nə də o, öz tələbələrini”. Məktubda o da qeyd olunur ki, A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, özü Bakıdakı modalar evində çalışır: “Afaq İsmayılzadə sözdə Sumqayıt Dövlət Universitetində dosent olsa da, Bakıda böyük modalar evində çalışır. Onun çalışdığı, daha dəqiq desək, rəhbəri olduğu modalar evini də ona alan Nadir Qəhrəmanovdur”. Məlumata əsasən, N.Qəhrəmanovun oğlu, qızı, kürəkəni də SDU-da çalışır və ən əsası isə onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər: “Nadir Qəhrəmanov oğlunu, qızını, kürəkəni Elşəni, katibəsi Lena xanımı testdən kənar şəkildə universitetə qəbul edərək onlara iqtisadçı ixtisası verdirib. Rektorun tabelçi katibəsi olmasına baxmayaraq, başqa bir şəxsi də katibə qismində otağında əyləşdirib və əsas işləri də həmin şəxs aparır”. Son illər universitet həyətindəki ağaclara divan tutulduğunu qeyd edən məktum müəllifi, təhsil müəssisəsinin həyətində göydələn binaların inşa edildiyini vurğulayıb: “Nadir Qəhrəmanov universitetin həyətindəki ağacları kəsdirib. Kəsilən ağacların yerində isə “Alimlər Evi” adı altında hünbdürmərtəbəli binalar inşa edilib. Maraqlıdır ki, bu “Alimlər Evi”ndən ev alanları da yenə Nadir Qəhrəmanovun ailə üzvləri və qohumları – oğlu, qızı, qardaşları, katibəsi Lena Ağəliyeva, vaxtilə Bakıda tələbəsi olan, hazırda yanına gətirdiyi Sevil xanım və bu qəbildən olan insanlar təşkil edir. Bu insanların hamısı burada yaşayıb, burada da işləyirlər. Nadir Qəhrəmanov binaların birinci mərtəbəsində sahəsi 2000 kv.metrdən çox olan ticarət mərkəzlərini isə qohumlarının adına sənədləşdirməklə mənimsəyib. Bu azmış kimi universitetin həyətində böyük ticarət mərkəzi tikdirir. Hazırda bu istiqamətdə qızğın iş gedir”. Müəllif N.Qəhrəmanovun bütün bu işləri imtahanlar zamanı tələbələrdən aldığı pullar hesabına həyata keçirdiyini bildirib: “Universitet rəhbərliyi imtahanlarla bağlı yeni qiymətlər müəyyənləşdirib. Kafi almaq üçün 60 manat, yaxşı qiymət almaq üçün 70 manat, əla almaq üçün isə 80-100 manar arasında pul ödəmək lazımdır. Pullar isə fakültə dekanları tərəfindən yığılır. Yığılan pulların 50 manatı rektora çatır, qalan vəsait isə dekan və onun müavinləri arasında bölüşdürülür. Nadir Qəhrəmanov Saray qəsəbəsindəki şadlıq evini, “Murad” restoranını bu pullar hesabına tikdirir, bahalı avtomobilləri bu pullar hesabına əldə edir”. Daxili İşlər Nazirliyində işləyən oğluna sonuncu model Gallenvageni də bu pullarla alıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |