Əsas Səhifə > Gündəm, Manşet > GORANBOYUN İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB

GORANBOYUN İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB


8-05-2013, 10:54
GORANBOYUN İCRA BAŞÇISININ QƏLƏMİ QIRILIB
NİZAMƏDDİN QULİYEVLƏ BAĞLI QƏRAR: ADAMI QABIQDAN ÇIXARACAQLAR

DİA.AZ: - Bir neçə gün əvvəl hazırda həbsdə saxlanılan iş adamı Müqayis Verdiyev Goranboyun icra başçısı Nizaməddin Quliyevlə bağlı ilginc faktları açıqladı. Bildirək ki, normalda bu faktların hər cümləsi yetərli idi ki, Nizaməddin Quliyevin qolları qandallansın. Amma adı bir sıra kriminal olaylarda hallandırılan Qulam Əkbərov adlı şəxsə güvənən Nizaməddin Quliyevi heç bu ittiham dolu faktlarla bağlı sorğu-sual edən də olmadı. Ən azından ilk baxışdan görünəni bu idi.

Amma DİA.AZ-a verilən informasiyalardan aydın olur ki, Nizaməddin Quliyevin də dövranı bitmək üzərədir. Bu barədə mənbənin söylədikləri: «Elə bir təəssürat var ki, açıqlanan faktlardan dolayı dərhal tədbir görülməlidir. Bu, belə deyil. Hakimiyyət hər zaman fərqli dəst-xətt nümayiş etdirib. Amma bu o demək deyil ki, Nizaməddin Quliyev cəzasız qalacaq».

Artıq icra başçısı ilə bağlı qəti qərarın verildiyini bildirən mötəbər mənbənin sözlərinə görə, yaxın günlərdə onun vəzifəsindən alınacağı şübhəsizdir: «Nizaməddin Quliyevin eyni zamanda bir neçə ittihamla bağlı hüquqi məsuliyyətə cəlb olunması da gözlənilir. Bilirsiniz ki, bura Azərbaycandır. Ola bilsin ki, başçı həbs olunmasın. Amma ittiham faktları ilə onun rəsmən «qabıqdan çıxarılacağı»na kimsə şübhə etməsin».

Geri qayıt