Əsas Səhifə > Gündəm, Manşet > "DƏMİRBANK"DA DÖVLƏTİ NECƏ ALDADIRLAR?

"DƏMİRBANK"DA DÖVLƏTİ NECƏ ALDADIRLAR?


8-05-2013, 09:30
"DƏMİRBANK"DA DÖVLƏTİ NECƏ ALDADIRLAR?
BANKIN TƏKCƏ BİR FİLİALI HƏR AY DÖVLƏTDƏN YARIM MİLYON GİZLƏDİR

DİA.AZ: - Redaksiyamıza “Dəmirbank”da baş verən bir sıra maxinasiyalarla bağlı ilginc faktlar daxil olub. Bildirək ki, DİA.AZ-a ünvanladığı məktubunda özünü adı çəkilən bankın əməkdaşı kimi tanıdan mənbə iddia edir ki, iş yerini itirməməsi üçün anonimliyini qoruması vacibdir.

Biz də qarşı tərəfə cavab haqqını tanıdığımızı bəyan edərək, “Dəmirbank”da baş verənlərlə bağlı göndərilən materialı diqqətinizə təqdim edirik: ““Dəmirbank” rəhbərliyi bankın istehlak kreditlərinin verilməsini bankın prioriteti olmasını dəfələrlə bildirmişdir. Bəziləri elə başa düşür ki, bank əhalinin sosial problemlərinin həllində köməklik edir. Amma bankın bu kreditləri necə verdiyini dərindən öyrəndikdən sonra aydın olur ki, burada bankın rəhbərliyini ancaq çox pul qazanmaq maraqlandırır.

“DəmirBank”ın Sumqayıt filialının istehlak kreditləri verilməsi üzrə maxinasiyaları barədə dəfələrlə materiallar dərc olunmuşdur.

Biz də bu məsələyə aydınlıq gətiririk. Mexanizm isə budur. Bank məişət avadanlığı satışı həyata keçirən mağaza ilə əməkdaşlıq müqaviləsi bağlayır. Bu malları alan vətəndaşları kreditləşdirir. Bu kreditləri vətəndaşa verməyərək, birbaşa mağazanın hesabına ödəmədən mağazanın sahibkarına nagd formada ödəyir.

Bununla sahibkarın vergi dövriyyəsini gizlətməyə şərait yaradır. Əgər pul mağazanın kassasına ödənilərdisə, sahibkar müvafiq vergi ödəməli olacaqdır. Amma bank tərəfindən kreditin nağd formada sahibkara ödənidikdə mal anbardan birbaşa müştərinin evinə aparılır. Mağazada isə satış uçota alınmır. Bu da sahibkarın külli miqdarda vergidən yayınmasına səbəb olur.

“Dəmirbank” Sumqayıt filialı hər ay 3 milyon kredit verir. Bununla filial 540000 manat yəni satışın 18 faizi qədər verginin büdcədən yayınmasına köməklik edir. Filial müdiri Nahid Ağayev isə bunun müqabilində 5 faiz "şapka" alır. Dəfələrlə Nahid Ağayev haqqında mətbuatda məqalələr getsə də "krışa"sının möhkəm olması səbəbində o arxayıncasına dövlət büdcəsinə ziyan vurmağı davam etdirir.

Bu “Dəmirbank”ın bir filialında baş verəndir. “Dəmirbank”ın 30 filialının olmasını, belə maxinasiyaların da hər filialda təkrarlandığını nəzərə alsaq bank tərəfindən ayda 10-15 milyon manat vergidən yayınmaya şərait yaradılması müəyyən olunur.

Bu da “DəmirBank”ın dövlətimizin büdcəsinə vurduğu zərərdir. Dəfələrlə bu barədə materiallar mətbuatda dərc olunsa da, vergi, hüquq mühafizə orqanları bu hallara heç bir reaksiya vermirlər”.

Geri qayıt