Əsas Səhifə > Güney Press / Manşet > PA-DA İCRA BAŞÇILARI SƏRT ŞƏKİLDƏ HƏDƏLƏNDİ
PA-DA İCRA BAŞÇILARI SƏRT ŞƏKİLDƏ HƏDƏLƏNDİ7-05-2013, 16:04 |
![]() DİA.AZ: - Neçə gündür ki, icra başçıları təlaş içindədir. Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, Prezident Administrasiyasında bu günlərdə keçirilən müşavirədə icra başçılarının böyük əksəriyyəti, xüsusən də barələrində mətbuatda yazılanlar ciddi surətdə tənbeh olunublar və onların bəzilərinə konkret olaraq vaxt da verilib. Məlumatı verən qaynaq iddia edir ki, PA-da müavin olan Zeynal Nağdəliyev açıq şəkildə icra başçılarını danlayıb: В«Onlara PA rəsmisi tərəfindən bildirilib ki, əgər hansısa icra başçısı seçkilər ərəfəsində xalqı hakimiyyətə qarşı çevirən bir addımı atarsa və yaxud da belə bir ajiotajlı olayın В«qəhrəmanınaВ» çevrilərsə, onun barəsində dərhal tədbir görüləcək. Hətta PA rəsmisi başçıları həbslə belə təhdid edibВ». Mənbəmiz bildirir ki, bu hədələrin ardından təlaşa düşən icra başçılarından bəzilərinin isə səhhətində problemlər də yaranıb: В«Təbii ki, bu gün əksər məmurların şəkərdən, qan təzyiqindən əziyyət çəkməsi faktdır. Elə Zeynal Nağdəliyevin tənbehindən sonra şəkəri qalxanlar da oldu, qan təzyiqi kəllə-çarxa çıxanlar daВ». Geri qayıt |