Əsas Səhifə > Gündəm, Manşet > «BANK OF BAKU» VƏTƏNDAŞIN MALINI BELƏ ƏLƏ KEÇİRİB

«BANK OF BAKU» VƏTƏNDAŞIN MALINI BELƏ ƏLƏ KEÇİRİB


7-05-2013, 11:11
«BANK OF BAKU» VƏTƏNDAŞIN MALINI BELƏ ƏLƏ KEÇİRİB
«ARXASINDA İRAN KİMİ DÖVLƏTİN DAYANDIĞI BANKLA BAŞ EDƏ BİLMƏRƏM»

DİA.AZ: - Redaksiyamıza «Bank of Baku»da pulu batan vətəndaşlardan biri şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a yazan vətəndaş bildirir ki, hələ də bankla problemləri qaldığından və hələ də bankın ona qarşı qərəzi davam etdiyindən adının çəkilməsindən ehtiyatlanır. Amma buna rəğmən probleminin ictimailəşdirilməsində maraqlıdır ki, həm bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edə bilsin və həm də başqalarının bu bank tərəfindən aldadılmasının qarşısı alınmış olsun.

Xatırladaq ki, İranın xüsusi xidmət orqanlarının Azərbaycandakı gizli maliyyə dayaqlarından biri kimi tanınan «Bank of Baku» ilə bağlı bir neçə il əvvəl məşhur «VikiLiks» təşkilatı olduqca məxfi bilgiləri paylaşmışdı və aydın olurdu ki, fars-molla xəfiyyəsinə aid Oromi qardaşlarının payçısı olduğu bu bankla yanaşı «Hyundai Auto Azerbaijan» və «Baku Electronics»də eyni qaydada İranın Bakıdakı maliyyə şəbəkəsini təşkil etməkdədir.

Vətəndaş isə özünün İrana aid bu maliyyə şəbəkəsinin əsas dayağı hesab olunan «Bank of Baku» tərəfindən aladıldığını bildirir: «Mən keçən ilin oktyabr ayında «Hyundai» avto salonundan özümə «İX35» markalı maşın aldım və almağıma peşman da oldum. Çünki başıma gələn qəzadan sonra banka ödəmələrimdə problemlər yarandı ki, iki ay ərzində baş verən problemlər səbəbindən bank maşınıma həbs qoydu. Halbuki bu maşının üzərində bank kimi mənim də hüququm var idi. Amma başımın qarışıq olmasından istifadə edən bank işçiləri öz bildiklərini etdilər.

Və bunun da nəticəsində əlavə olaraq iki aylıq yubanmam yarandı və 2 min dolları banka ödəsəm də, maşınımı vermədilər. Həm yaranmış faiz borcunu və həm də qalıq pulu məndən tələb etdilər və bildirdilər ki, bundan sonra maşınımı geri qaytara bilərlər. Halbuki buna qədər 2000 dolları ödəyib, maşınımı götürə biləcəyimi bildirmişdilər».

Vətəndaş bildirir ki, bankla bu çəkişmələrinin nəticəsi oqlaraq maşınının hərrac yolu ilə satıldığını da bildirdi: «Qısa müddət içində ədliyyə nazirliyindəki himayədarlarının əli ilə, həmçinin yalnız və yalnız bankın maraqlarını güdən məhkəmə qərarlarının icrası idarəsinin iştirakı ilə maşınım satıldı və həmin hərracdan yalnız bankın pulu əldə edilərək, banka ödənildi. Mənim isə ödədiyim 12 min dollar batmış hesab olundu».

Bununla bağlı vətəndaş məhkəməyə müraciət etməyə hazırlaşdığını bildirməklə yanaşı, vurğuladı ki, hüquqlarını sonna qədər qorumaq fikrindədir: «Avropa İnsan Haqqları Məhkəməsinə qədər gedib çıxacam. Çünki inanmıram ki, arxasında İran kimi dövlətin dayandığı bu bankla mən baş edəm».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt