Əsas Səhifə > Siyasət, Manşet > LƏNKƏRANİ BİZİ SİONİSTLƏRƏ ORTAQ HESAB EDİR
LƏNKƏRANİ BİZİ SİONİSTLƏRƏ ORTAQ HESAB EDİR7-05-2013, 09:28 |
FARS-MOLLA REJİMİ ÖZ ERMƏNİPƏRƏSTLİYİNİ BU ŞƏKİLDƏ ÖRT-BASDIR EDİR DİA.AZ: - Son günlər Azərbaycanla bağlı siyasətində anlaşılmaz gedişlər edən, xanım alimimizi müəmmalı şəkildə həbs etməsinə baxmayaraq bu günə kimi heç bir rəsmi izahat verməyən fars-molla rejimi bütün bunlara paralel olaraq əlindəki tribunalardan Azərbaycan dövlətinə və Azərbaycn türkünə qarşı təbliğatını da davam etdirməkdədir. DİA.AZ bildirir ki, hətta bu gün prezident seçkiləri ərəfəsini yaşayan İranda namizədlər belə Azərbaycanı söymək üçün yarışa giriblər. Bütün bunlar isə İranda müqəddəq İslam dininin rəsmən istismar olunmasının və əslində bu ölkədə islami dəyərlərin yox, fars şovinizminin hakim olmasının göstəricisidir. Elə buna görədir ki, fars-molla rejimi davamlı olaraq Cənubi Qafqazda yeganə müsəlman ölkəsi olan və həm də əhalisinin böyük çoxluğu şiə olan Azərbaycan dövlətinə qarşı söyüşlərini günü-gündən inkişaf etdiri. Ünvanımıza növbəti həqarət isə Lənkəranidən gəlib. DİA.AZ olaraq “AranNews” portalında yer almış həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: “Bazar günü Təbriz Azad Universitetində tələbələr arasında çıxış edən prezidentliyə namizəd Kamran Baqiri Lənkərani deyib: Qarşıdakı prezident seçkiləri siyasi çeviklik və ümid əsasında olmalıdır. 11-ci dövlətin İranın inkişafı üçün güclü və təkanverici bir motor olmasının lüzununu qeyd edən Lənkarani artırıb: “Ölkəmizin digər ölkələrdən əlavə sərmayəsi onun təhsili bitirmiş gənc nəslin mövcudluğudur”. Paydari Cəbhəsinin namizədi İran-Azərbaycan münasibətləri barədə tələbələrin sualını cavablandırarkən deyib: “Bizim üçün xarici siyasətdə əsas olan odur ki, 16 qonşu ölkə ilə qonşu kimi rəftar edək və digər ölkələrlə də milli maraqlarımız və siyasət prinsiplərimiz əsasında rəftar edək”. Lənkərani artırıb: “Təəssüf ki, Azərbaycan kimi bəzi ölkələrdə sionistlər geniş fəaliyyət göstərirlər və var gücləri ilə İranla Azərbaycan Respublikasının münasibətlərini pozmağa çalışırlar””. DİA.AZ bildirir ki, hər halda İranın Azərbaycanı sionistlərlə ortaqlıqda ittiham etməsinin nədənləri anlaşılandır. əks halda onlar öz ermənipərəstliklərini başqa cür ört-basdır edə bilmirlər. Geri qayıt |