Əsas Səhifə > Gündəm, Manşet > BAŞÇI SABİRABADDA MÜXALİFƏTİN ƏLİNƏ NECƏ OYNAYIR?

BAŞÇI SABİRABADDA MÜXALİFƏTİN ƏLİNƏ NECƏ OYNAYIR?


7-05-2013, 09:14
BAŞÇI SABİRABADDA MÜXALİFƏTİN ƏLİNƏ NECƏ OYNAYIR?
NAZİM İSMAYILOVUN ƏMRİDİR: RAYONDA İKİ-İKİ GƏZMƏK QƏTİ QADAĞANDIR

DİA.AZ: - Sabirabadda durum daha vahiməli şəkil almağa başlayıb DİA.AZ-a rayondakı qaynaqlardan daxil olan informasiyada isə qeyd olunur ki, yaranmış gərgin durumun arxasında Sabirabad icra hakimiyyətinin başçısı Nazim İsmayılovun yerli əhalidə yaratdığı qəzəbdir. Belə ki, hər zaman siyasi baxımdan fəallığı ilə seçilən Sabirabad camaatının Nazim İsmayılovun despotik şərtləri ilə barışa bilməməsi nəinki tək icra başçısına qarşı, ümumilikdə olaraq hakimiyyətə qarşı insanları körükləyir ki, bunun da tək nədəni – bir daha vurğulayırıq, Nazim İsmayılovun yarıtmaz fəlaiyyəti, süni şəkildə gərginlik yaratma həvəsidir.

Rayondan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, icra başçısı guya, Sabirabadda müxalifətçiləri «zərərsizləşdirmək» üçün addımlar atmağa başlayıb. Və bu məqsədlə əhalinin davamlı olaraq yığışıb, istirahət etdiyi obyektləri bağlayır ki, bu da məqsədli olaraq narazı kütlənin miqyasının genişləndirilməsinə gətirib çıxarır. Bir növ Nazim İsmayılov sözügedən üsulu ilə müxaliflərin sırasını sıxlaşdırmaqdadır. Hər halda istirahət hüquq əlindən alınan sakinlərin bunun müqabilində başçıya təşəkkür edəcəyini söyləmək doğru deyil Artıq iş o həddə çatıb ki, istənilən obyekti bağlamaq üçün icra başçısının bəhanəsi də var: «Sizin obyektə müxalifətçilər yığışır». Əslində isə burada məqsəd həmin ticarət və iaşə obyektlərini ələ keçirərək, özünküləşdirməkdir.

Sabirabaddakı mənbələrdən redaksiyamıza verilən bir başqa məlumatda isə deyilir ki, bu günlərdə «Sona xalanın çayçısı» kimi tanınan iaşə obyektində hətta insident də yaşanıb. Belə ki, davamlı olaraq həmin ünvana çay içmək üçün gələn AXCP-nin yerli rayon təşkilatının üzvləri polis tərəfindən qovulublar. Onlardan tələb olunub ki, bir daha belə yerlərə ayaq basmasınlar. Üstəlik, onları ağır formada hədələyiblər də.

Məlumatda deyilir ki, hadisələrin bu şəkildə davam etməsi rayon sakinlərində ciddi narazılıq yaradıb. İddialara görə, yaxın günlərdə Sabirabadı kütləvi aksiyalar bürüyə bilər. Hər halda, Nazim İsmayılovun Sabirbaddakı “müxalifətçi ovu” əks effektlə müşaiyət olunmaqdadır.

Geri qayıt