Əsas Səhifə > Güney Press / Manşet > SÖYÜN SADIXOVUN ADAMI İNDİ DƏ TAKTİKA İŞLƏDİR
SÖYÜN SADIXOVUN ADAMI İNDİ DƏ TAKTİKA İŞLƏDİR6-05-2013, 17:01 |
![]() DİA.AZ: - Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov mətbuata açıqlama verərək Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxovla hər hansı əlaqəsinin olmadığını bildirməklə yanaşı, onu Azərbaycana qarşı xəyanətdə də ittiham edib. Açıqlamasında Vaqif Məmişov bildirib ki, Söyün Sadıxovun Gürcüstan azərbaycanlıları adından danışmağa da haqqı yoxdur. Qeyd edək ki, Vaqif Məmişovun adı Söyün Sadıxovun Gürcüstandakı planlarının əsas sponsorlarından biri kimi də çəkilməkdədir. Bununla bağlı DİA.AZ-ın yaydığı məlumatlarda da vurğulanırdı ki, Vaqif Məmişov eyni zamanda Rusiyanın yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, Rusiyada yaşayan onlarla azərbaycanlı sahibkarı ya müflis edib, ya da onları həbs etdirib. Belə bir reputasiyalı Vaqif Məmişovun ilin-günün bu vaxtında Söyün Sadıxov kimi bir fiqura qarşı getməsi isə heç də təsadüfi deyil. Bu barədə də redaksiyamıza ilginc faktlar ötürülüb. Mötəbər mənbənin DİA.AZ-a verdiyi informasiyadan aydın olur ki, əslində Vaqif Məmişov Söyün Sadıxovu razılaşdırılmış şəkildə hədəfə alıb: В«Onun konkret planı var. Qüdsi Osmanovun Moskvada səfirliyiə yüksək vəzifəyə təyinatından sonra Vaqif Məmişovun Sankt-Peterburqda boşalan konsul postuna təyin olunması üçün yenidən iştahası oyanıbВ». Mənbəmiz iddia edir ki, zaman-zaman Vaqif Məmişov bu post uğrunda mübarizə aparıb və hətta Qüdsi Osmanova qarşı bir zamanlar başlanmış kampaniyanın da təşkilatçısı kimi diqqətə gəlib: В«Vaqif Məmişov hər zaman konsulu gözdən salmağa çalışıb və məqsədi onun yerinə keçmək olub. İndi isə həmin vəzifə boşdur. Və onun Söyün Sadıxovun adamı kimi Azərbaycan prezidenti tərəfindən konsul təyin edilməsi imkansızdır. Ona görə də Vaqif Məmişov Söyün Sadıxovu söymə zərurəti hiss edib ki, bu həm Söyün Sadıxovun və həm də Rusiyanın xüsusi xidmət orqanlarının maraqlarına uyğundurВ». Geri qayıt |