Əsas Səhifə > Güney Press / Manşet > TÜRKİYƏLİ ULDUZU HANSI MƏMURUMUZ HEYRƏTLƏNDİRİB?
TÜRKİYƏLİ ULDUZU HANSI MƏMURUMUZ HEYRƏTLƏNDİRİB?6-05-2013, 16:32 |
![]() DİA.AZ: - Keçən ayın sonlarına yaxın oynadığı ispan klubu ilə birgə Bakıya gələn Madridin В«AtletikoВ» komandasının türkiyəli ulduz oyunçusu Arda Turanla bağlı redaksiyamıza maraqlı bir xəbər daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, Bakıda olarkən prezident tərəfindən də xoş ovqatla qarşılanan Arda Turana yerli məmurlarımız xüsusi diqqətlə yanaşıblar. Redaksiyamıza verilən məlumata görə, hətta məmurlarımızdan biri daha da irəli gedərək türkiyəli futbol ulduzuna qiyməti təxminən 100 min manata yaxın olan məşhur brenddən saat da hədiyyə edib. Qaynaq iddia edir ki, bu hədiyyədən məmnun qalan türkiyəli ulduz bildirib ki, bu, onun həyatında aldığı ən qiymətli hədiyyədir. Onu da bildirək ki, gələn məlumatda В«AtletikoВ» klubunun digər üzvlərinin də Bakıdan hədiyyə ilə yola salınmaları qeyd olunub. Lakin onlara Arda Turana verilən qiymətdə hədiyyə verilməyib. Geri qayıt |