Əsas Səhifə > Güney Press / Manşet > İMİŞLİDƏ MƏMUR ÖVLADINI RƏİS CƏZALANDIRDI

İMİŞLİDƏ MƏMUR ÖVLADINI RƏİS CƏZALANDIRDI


6-05-2013, 15:25
İMİŞLİDƏ MƏMUR ÖVLADINI RƏİS CƏZALANDIRDI
DİA.AZ: - İmişlidəki mənbələrdən redaksiyamıza daxil olan informasiyada bildirilir ki, rayon polis idarəsinin rəisi Vaqif Müslümov bu günlərdə xoşagəlməz bir hadisə ilə üzləşib. Hətta bu hadisə polis rəisinə həyatı hesabına başa gələcəkmiş.

Mənbə DİA.AZ-a bildirib ki, polis rəisi İmişli rayonu ərazisində xidməti maşını ilə gedərkən rayon məhkəməsinin məhkəmə qərarları icrası idarəsinin rəisi Vilayət Əliyevin oğlu Kamal Əliyev atasına məxsus В«Toyota PradoВ» markalı maşınla rəisin hərəkət etdiyi yolda avtoşluq edib. Mənbə iddia edir ki, rəisin şoferinin çevikliyi olmasaydı, yəqin ki, qəza ağır nəticələrə nədən ola bilərdi:

В«Rəisin sürücüsü maşını yoddan çıxarır və beləliklə Vaqif Müslümovun həyatını qurtarmaq mümkün olurВ».

Mənbə bildirir ki, hadisədən dərhal sonra avtoş sürücü atasının kimliyinə baxmayaraq həbs edilir və müvafiq olaraq barəsində qərar çıxarılır: В«Artıq 4 gündür Kamal Əliyev həbs yatır və sabah barəsində çıxarılmış 5 sutkalıq cəzanın müddəti başa çatırВ».

Mənbəmiz bildirir ki, bu olaydan sonra polis rəisi ilə avtoş sürücünün atasının arasında konflikt də yaranıb.

Geri qayıt