Əsas Səhifə > Hadisə > GÖMRÜK ŞEFİNİN ADINDAN İSTİFADƏ EDƏN KİM OLUB?

GÖMRÜK ŞEFİNİN ADINDAN İSTİFADƏ EDƏN KİM OLUB?


6-05-2013, 12:14
GÖMRÜK ŞEFİNİN ADINDAN İSTİFADƏ EDƏN KİM OLUB?
AEROPORTDA DAHA BİR QALMAQAL

Əvvəla onu bildirək ki, DGK-nin şefi Aydın Əliyevin doğmaca əmisi oğlu Əliyev Faiq Həsən oğlu Azərbaycan Koorperasiya Universitetində fəlsəfədən dərs deyir.Yazıda verilən şəkildə də elə onlar bir yerdə əks olunub.Ancaq dünən redaksiyamıza daxil olan məlumata görə,3 gün bundan öncə aeroportda Dubay-Bakı reysindən düşən, əslən Gəncədən olan Əliyev Faiq Hüseyn oğlu sərhəd və gömrük xidmətinin işçiləri tərəfindən saxlanılmışdır. Saxlandığını görən Əliyev Faig Hüseyn oğlu,sərhəd və gömrük xidmətinin əməkdaşlarına DGK-nin şefi Aydın Əliyevin doğmaca əmisi oğlu olduğunu söyləyib və əməkdaşlar onu saxladıqlarına görə onların başlarına öz əmisi oğlu vasitəsilə oyun açacağını bildirib. Bu hədəni eşidən aeroport əməkdaşları tez bu barədə öz rəhbərliyinə, onlar da öz növbəsində DGK-nin şefi Aydın Əliyeva məruzə ediblər. Məruzədən sonra Aydın Əliyev məsələni aydınlşadırmaq üçün dərhal həm öz doğma əmisi oğlu Əliyev Faiqi , həm də aeroportun adıçəkilən xidmətlərinin əməkdaşlarını idarəyə çağırtdırıb və orada məlum olub ki, hava limanında onlar tərəfindən saxlanılan şəxs əslən Gəncədən olan Əliyev Faig Hüseyn oğludur və bu şəxsin Aydın Əliyevlə heç bir qohumluğu yoxdur. Ancaq idarədəkilərin suallarına cavab verən Aydın Əliyevin doğma əmisi oğlu Əliyev Faig Həsən oğlu qeyd edib ki,təxminən 13 il bundan əvvəl onun Gəncə sakinləri ilə mübahisəli bir işi olub. Onun bildirdiyinə görə həmin mübahisəli iş o illər mətbuatda çox işıqlanıb və ola bilsin ki, elə həmin gəncəllilərin sifarişi ilə Bakı-Dubay reysi ilə uçan təyyarədən düşən Əliyev Faig Hüseyn oğlu qəsdən deyib ki,güya o,DGK-in şefi Aydın Əliyevin doğma əmisi oğludur...
Geri qayıt