Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVU NARAHAT EDƏCƏK İDDİA

MİSİR MƏRDANOVU NARAHAT EDƏCƏK İDDİA


6-05-2013, 12:06
MİSİR MƏRDANOVU NARAHAT EDƏCƏK İDDİA
ORXAN KƏRİMOV MƏHKƏMƏYƏ ÜZ TUTDU

Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynov barələrində olan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.

APA-nın xəbərinə görə, apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə işin hansı hakimin icraatına verilməsi və prosesin ilkin baxış iclasının vaxtı məlum olacaq.

Xatırladaq ki, O. Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.

Geri qayıt