Əsas Səhifə > Siyasət, Manşet > ŞAMAXININ İCRA BAŞÇISI NAZİRİ BELƏ SAYA SAYMIR

ŞAMAXININ İCRA BAŞÇISI NAZİRİ BELƏ SAYA SAYMIR


6-05-2013, 09:46
ŞAMAXININ İCRA BAŞÇISI NAZİRİ BELƏ SAYA SAYMIR
MİKAYIL CABBAROVUN XƏBƏRİ OLMADAN ŞÖBƏ MÜDİRİNİ NECƏ ÇIXARIBLAR?

DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarova Şamaxıdan müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Bu müraciəti təhsil naziri Mikayıl Cabbarova yüzlərlə Şamaxı ziyalıları, müəllimləri və valideynləri adından yazırıq. Yazıb bildiririk ki, Şamaxı rayonu təhsil şöbəsinin müdiri Səadət Veysova 2 ilə yaxın idi ki, təhsil şöbəsinə rəhbərlik edirdi. Bu qısa vaxt ərzində rayonumuzun təhsili üçün xeyli işlər görmüşdür.

Son 20 ildə olmayan inkişafı bu qısa vaxt ərzində Şamaxıda Səadət xanım etmişdir. Amma fevral ayında icra başçısı dəyişəndən sonra başçının müavinləri və icra başçısı Səadət xanıma qarşı qərəzli kampaniyaya başladılar. Məqsədləri isə onu çıxardıb, yerinə öz admalarını qoymaq idi. Aydın məsələdir ki, işləyən insan onlara sərf etmir. Çünki onlara yalnız rüşvətxor insanlar sərf edir.

Səadət xanım onlar ilə çox mübarizə aparsa da, may ayının 1-dən təhsil nazirinin qərarı olmadan icra başçısının əmri ilə onu işdən azad etdilər. Bizim yeni təhsil naziri cənab Mikayıl müəllimə onu demək istəyirik ki, dövlətin qanununa görə təhsil şöbələrinin müdirlərini nazirin təqdimatı ilə başçı təyin edir və işdən azad edir. Amma necə olur ki, Mikayıl müəllimin təqdimatı və ya qərarı olmadan Səadət xanımı işdən azad etdilər.

Belə hal olarmı ki, təhsil şöbəsinin müdirini işdən çıxarsınlar, amma nazirin xəbəri olmasın? Hamımız şahidi olduq ki, yeni nazirin təqdimatında prezident aparatının rəhbəri Ramiz Mehdiyev bildirdi ki təhsilə aid bütün səlahiyyətlər icra hakimiyyətindən alınıb təhsil şöbələrinə verilməlidir. Amma icra hakimiyyətləri bu fikri heç saymaq istəmirlər.

Rayonumuzda baş verən bu hal bizi çox narahat etdi. Çünki biz rayonumuzun təhsilinin inkişafının geri getməsindən çox qorxuruq. Səadət xanım rayonun təhsilini həqiqətən inkişaf etdirirdi. Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov artıq müdirin yerinə adam da tapıblar. Bu şəxs Azərbaycan müəllimlər inustutunun müəllimi Eyvaz Eminaliyevdir.

Deyilənə görə, Eyvaz Eminaliyevdən 100 minə yaxın pul alınıb. Həmçinin də bu şəxs icra başçısının 1-ci müavini Qasım Qasımovun yaxın qohumudur. Bu işi məhz Qasım Qasımovun düzüb-qoşmağı aydın məsələdir.

Cənab nazir! Sizdən artıq dərəcədə xahiş edirik və sizə inanırıq ki, bizi bu bəladan qutarasınız. Çünki biz rayonumuzun təhsilinin inkişaf etməsini istəyirik”.

Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq.


Geri qayıt