Əsas Səhifə > Gündəm, Manşet > ASTARADA YENİ PULYIĞMA KAMPANİYASI

ASTARADA YENİ PULYIĞMA KAMPANİYASI


6-05-2013, 08:55
ASTARADA YENİ PULYIĞMA KAMPANİYASI
YERLİ TƏHSİL ŞÖBƏSİ BAKIDAN GƏLƏN KOMİSSİYA İLƏ TƏHDİDƏ KEÇİB

DİA.AZ: - Artıq yeni təhsil naziri demək olar ki, tam fəaliyyətə keçib. Elə keçən həftə keçmiş nazir Misir Mərdanovun əzəli düşməni hesab olunan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə eyni mövqedə dayandığını nümayiş etdirməsi Mikayıl Cabbarovun fərqli dəst-xətt nümayiş etdirəcəyindən xəbər vermiş oldu.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Mikayıl Cabbarov eyni zamanda rayon təhsil şöbələrinin fəaliyyətlərini də yoxlamağa başlayıb. Ən gərgin nöqtələrdən biri hesab olunan Astarada isə hətta orta məktəblərin belə fəaliyyəti araşdırılır. Bu barədə redaksiyamıza Astaradan xəbər verilib.

Mənbə bildirir ki, keçən həftədən etibarən rayonun orta məktəblərini Bakıdan gələn komissiyya araşdırır. Ən maraqlısı isə budur ki, yerli təhsil şöbəsinin müdiri Bakıdan gələn komissiyanı ənənəvi üsulla, yəni Misir Mərdanovun dövründə olduğu kimi qarşılayıb. Bunun isə nə qədər effektiv olacağını açıqlanacaq nəticələrdən biləcəyik.

Mənbəmiz bildirir ki, Astara təhsil şöbəsinin müdiri orta məktəb direktorlarını yığaraq onlardan 1000 manat gətirmələrini tələb edib: «Kim həmin pulu verməsə, onun da məktəbini komissiya yoxlayacaq. Yəni bu üsulla şöbə müdiri məktəb direktorlarını təhdid edir».

Qeyd edək ki, Astara 63 orta məktəb var ki, onların 56-sı kəndlərdə, 7-si isə rayon mərkəzində yerləşir. Bu isə o deməkdir ki, rayon təhsil şöbəsinin müdirəsi Qızvəs Məmmədova ən azından 63 min manatı yığmaq niyyətindədir.

Geri qayıt