Əsas Səhifə > Cəmiyyət, Manşet > KEÇMİŞ DEPUTAT NAZİRLİYƏ GƏTİRİLİR

KEÇMİŞ DEPUTAT NAZİRLİYƏ GƏTİRİLİR


23-09-2011, 15:59
KEÇMİŞ DEPUTAT NAZİRLİYƏ GƏTİRİLİR

NAZİM MƏMMƏDOV ŞAHİN MUSTAFAYEVLƏ ÇALIŞACAQ

DİA.AZ: - Keçmiş deputatların vəzifə ilə mükafatlandırılması heç də ilk deyil. Məsələn, Masallıdan deputat olmuş Əhəd Abıyev Daşkəsən rayonuna icra başçısı göndərildi. Və daha bir sabiq millət vəkilinin də vəzifəyə çəkildəcəyi bildirilir.

«Dünya» İnformasiya Agentliyinə (dia.az) daxil olan məlumata görə, Gədəbəydən 2005-2010-cu illər Milli Məclisə çağırış sessiyasında Gədəbəydən deputat olmuş Nazim Məmmədovla bağlı qərar verilib.

Etibarlı mənbənin xəbərində deyilir ki, Nazim Məmmədov iqtisadi inkişaf nazirliyinə idarə rəisi gətirilir: «Hələlik onun hansı idarədə təmsil olunacağı bilinmir. Amma artıq İİN rəhbəri Şahin Mustafayev Nazim Məmmədovla bağlı qərarı hazırlamaqla məşğuldur».

Geri qayıt