Əsas Səhifə > Güney Press / Manşet > GƏNCƏDƏ KEÇMİŞ POLİS RƏİSİ QƏHRƏMANLAŞIR

GƏNCƏDƏ KEÇMİŞ POLİS RƏİSİ QƏHRƏMANLAŞIR


4-05-2013, 12:49
GƏNCƏDƏ KEÇMİŞ POLİS RƏİSİ QƏHRƏMANLAŞIR
DİA.AZ: - Gəncə əhlinin canını boğazına yığan icra başçısı Elmar Vəliyev insanların əsəblərini tarıma çəkməyə başlayıb. DİA.AZ-a Gəncədən verilən məlumata görə, hal hazırda ölkənin ikinci paytaxtında vəziyyət daha da ağırlaşıb. Səbəb isə Elmar Vəliyevin atdığı bir çox addımların insanlara ciddi zərər verməsidir.

Məlumatlarda o da deyilir ki, şəhərdə icra başçısına qarşı çıxan istənilən adam artıq qəhrəman statusundadır və camaat onu təqdir edir. Onlardan biri isə Gəncənin keçmiş polis rəisi Rasim Musayevdir ki, bunun da səbəbi bir müddət əvvəl baş vermiş olaydır.

Qeyd edək ki, Rasim Musayevin işdən çıxmasına səbəb sözü çəp gəldiyi Elmar Vəliyevlə toqquşması və ona kəllə vurması olub. Həmin hadisədən sonra gəncəlilər Rasim Musayevə təşəkkür göndərirlər. Onlar bildirirlər ki, Rasim Museyevin Elmar Vəliyevə vurduğu kəlləsindən öpürlər.

Geri qayıt