Əsas Səhifə > Güney Press / Manşet > CƏBRAYILIN İCRA BAŞÇISI DİLİNİN BƏLASINA KEÇİB
CƏBRAYILIN İCRA BAŞÇISI DİLİNİN BƏLASINA KEÇİB3-05-2013, 16:04 |
![]() DİA.AZ: - Bir müddət əvvəl Müsavat başqanı İsa Qəmbəri Cəbrayıl rayonundan olan seçicilərlə görüşəcəyi təqdirdə döyülməklə hədələyən sözügedən rayonun icra başçısı Mahmud Quliyevin özü döyülmə təhlükəsi ilə üzləşib. Bu barədə DİA.AZ-a məlumat verən Cəbrayıl sakinlərindən biri maraqlı bir faktı açıqlayıb. Mənbə bildirir: В«Cəbrayılın icra başçısı bu günlərdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində yerləşən icra hakimiyyətinin binası qarşısında rayon icra hakimiyyətinin işçiləri ilə birlikdə söhbət edərkən, ona Cəbrayıl sakinlərindən biri yaxınlaşıb və İsa Qəmbəri nədən döydürmədiyini soruşub. Bu sualdan sonra arada mübahisə yaranıb və Mahmud Quliyev hətta Cəbrayıl sakinini ilə süpürləşmə həddinə qədər gəlibВ». Mənbə iddia edir ki, yalnız müavinləri araya girdikdən sonra icra başçısı döyülməkdən canını qurtarıb: В«Həmin Cəbrayıl sakini bildirib ki, əgər bir işi görə bilməyəcəksənsə, danışıb, rayonun adını biabır eləmə. Yəni onun məntiqinə görə, Mahmud Quliyev İsa Qəmbəri döydürəcəyini demişdisə, bunu etməli idiВ». Geri qayıt |