Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR GƏNC OĞULLARIMIZI NECƏ MUZDLUYA ÇEVİRİR?

VƏHABİLƏR GƏNC OĞULLARIMIZI NECƏ MUZDLUYA ÇEVİRİR?


3-05-2013, 10:30
VƏHABİLƏR GƏNC OĞULLARIMIZI NECƏ MUZDLUYA ÇEVİRİR?
AZƏRBAYCANDAN SURİYAYA GEDƏN DÖYÜŞÇÜLƏRLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - Suriyada davam edən vətəndaş müharibəsində azərbaycanlıların da iştirak faktı, hətta həmin döyüşlərdə onlarla itki verməyimiz yenidən vəhabi məsələsini gündəmə daşımış oldu. Çünki bu gün Bəşər Əsədə qarşı açılan cəbhədə qərarlaşan qüvvələrin əksəriyyəti məhz vəhabi təriqətinin nümayəndələridir. Dünyanın ayrı-ayrı yerlərindən toplanan bu təriqət üzvləri muzdla «Allah yolunda» döyüşürlər. Çünki DİA.AZ-a daxil olan şok informasiyalar da təsdiqləyir ki, bu gün dindən daha çox şirma kimi istifadə edən vəhabilərin əslində müqəddəs İslama heç bir formada aidiyyatları yoxdur və həqiqətən də bu təriqət ingilis kəşfiyyatının müsəlmanlar əleyhinə düşündüyü ən ağır silahlardan biridir.

Redaksiyamıza bu barədə yazan anonim mənbə bildirir ki, bu gün Azərbaycanın ayrı-ayrı bölgələrindən, xüsusən də Şimal bölgəsindən, həmçinin Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərindən gənclər toplanaraq vəhabilərin maraqları naminə istifadə olunmaqdadır.

Mənbə yazır: «Həmin gənclərin beyinləri məhz maddi durumlarının aşağı olması səbəbindən illər ərzində aşılanır və tam olaraq istənilən bir əmri yerinə yetirmə həddinə çatdırılır. Burada Allaha səmimi olaraq inam istəyi də mühüm faktordur. Yəni gənclərimizin inancından da sui-istifadə olunur və nəticədə onlar vəhabilərin maraqlarına xidmət edən zombiyə çevrilirlər. Bu adamlar üçün nə ailənin, nə vətənin, nə millətin və nə də dövlətin heç bir anlamı qalmır. Bu adamları elə inandırırlar ki, sanki onlar Allahın buyurduğu missiyanı yerinə yetirirlər. Amma yuxarıda dayananları və bir balaca ayıq olanları da yaxşı bilir ki, əslində bir qrup işbaz ortalıqda pul və firavan həyat əldə edir».

Mənbə ilginc faktları da açıqlayır: «Bu gün Azərbaycanın xarici işlər nazirliyi, xüsusi xidmət orqanları gənclərimizin hansı yolla Suriyaya getmələrini araşdırırlar. Yəni cəmiyyət də təəccüb içindədir ki, Qarabağ ağrısı olan bir ölkənin cavanları nədən öz torpaqları uğrunda savaşı qoyub, hansısa başqa bir ölkədə canlarını fəda edirlər.

Bu sualların cavabı çox sadədir. Ortada ciddi pul marağı var. Bu gün vəhabilər yuxarıda adlarını çəkdiyimiz bölgələrdən topladıqları, ələ keçirdikləri gəncləri pul qarşılığı olaraq Suriya və digər ölkələrə aparır, orada savaşlara cəlb edirlər. Onların ilk əvvəl kimlikləri məhv edilir. Sonradan Əfqanıstanda və İraqda fəaliyyət göstərən gizli məntəqələrdə onlara saxta kimliklər verilir. Və müəyyən döyüş təlimləri keçdikdən sonra onlar savaşa hazır vəziyyətə gətirilirlər.

Bunun müqabilində isə onlara ilk əvvəl 50 min dollar pul verilir. Və həmin gənclərimizin böyük əksəriyyəti pulları ailələrinə əmanət qoyaraq «Allah uğrunda» savaşa qatılırlar. Və onlara vəd verilir ki, həlak olarlarsa, o zaman ailələrinə 100 min dollar da qan pulu veriləcək. Amma bu pulu nadir hallarda övladlarını, yaxınlarını itirmiş ailələrə verirlər. Əksər hallarda pul verilmir».

Mənbəmizin sözlərinə görə, məhz bu cür şirnikləndirici təkliflər gənclərimizin yanlış hədəflər uğrunda tələf edilməsinə gətirib çıxarır: «Təbii ki, burada dövlətin nəzarəti gücləndirilməlidir. Özlərinə «sələfi» deyib yumşaqlıq çətiri altında gizlənənlər də araşdırılmalıdır. Əks halda, Qarabağ uğrunda savaşacaq bir oğulumuz da qalmayacaq».

Geri qayıt