Əsas Səhifə > Hadisə > BAKI SAKİNİ PARKDA ÖZÜNÜ ASDI

BAKI SAKİNİ PARKDA ÖZÜNÜ ASDI


3-05-2013, 10:00
BAKI SAKİNİ PARKDA ÖZÜNÜ ASDI
YENƏ DƏ İNTİHARIN SƏBƏBİ MƏLUM DEYİL

Bakıda intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayon ərazisində yerləşən istirahət parklarından birində qeydə alınıb.

Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Aslanov Nurəddin Güloğlan oğlu parkın ərazisində ağacdan özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri qayıt