Əsas Səhifə > Gündəm, Manşet > HƏKİM NAŞILIĞININ QURBANI OLAN ANANIN FƏRYADI
HƏKİM NAŞILIĞININ QURBANI OLAN ANANIN FƏRYADI3-05-2013, 09:39 |
ÇARƏSİZLİK: ÖVLADININ MÜALİCƏSİNƏ 250 MİN DOLLLAR TƏLƏB OLUNUR DİA.AZ: - Redaksiyamıza bir ana fəryadı əks etdirən şikayət məktubu daxil olub. Övladı həkim səhlənkarlığının qurbanı olan ana DİA.AZ-a ünvanladığı müraciətində prezidentdən və imkanlı şəxslərdən dəstək istəyir. Müraciətdə deyilir: «Oğlum Əliyev Şəhriyar Şahin oğlu 8 noyabr 2006-cı ildə dünyaya gəlib. Hamiləlik dövrümdə hər hansı xəstəliyim olmayıb və hamiləlik dövründə daima həkim nəzarəti altında olmuşam. Nəslimizdə də genetik olaraq belə xəstəliyə rast gəlinməyib. Oğlum xəstəxanada doğulduğu zaman və sonralar həkim nəzarəti altında olub. Körpəliyində vaxtlı-vaxtında müayinə olunub və peyvəndləri vurulub. 2001-ci ilin 8 avqust tarixində sahə həkiminin yanına uşağı apardım. Müayinədən sonra məlum oldu kim, uşağın soyuqlaması var. Həkim 4 gün içində 8 antibitoikin vurulmasını məsləhət gördü. Həkimin məsləhətinə uyğun olaraq antibiotiklərin vurulmasından sonra uşağın vəziyyəti daha da pisləşdi. 12 avqust 2011-ci il tarixdə Et Hematologiya və Transfuziologiya institutunda klinik diaqnostika laboratoriyasında uşağın sümük iliyindən götürülən analiz və qan biokimyəvi müayinə edildikdə diaqnoz olaraq Nimman-Pik (sümük iliyində Nimman-Pik hüceyrələri aşkar edilib) xəstəliyinin olması təsdiqləndi. Milyonda bir təsadüf olan bu xəstəliyi diaqnoz qoyan həkimlər bildirdi ki, uşağın dalağı çox böyüyərək inək dalağı ölçüsündə olub. Uşağın müalicəsi Almaniyadadır və 250 min ABŞ dollarına başa gəlir. Əlaqə nömrələri: 051 960 78 93 Şəhla…» Geri qayıt |