Əsas Səhifə > Güney Press / Manşet > KEŞİŞLƏ QUDA OLAN AZƏRBAYCANLI GENERAL KİMDİR?
KEŞİŞLƏ QUDA OLAN AZƏRBAYCANLI GENERAL KİMDİR?2-05-2013, 17:12 |
![]() DİA.AZ: - Azərbaycanda nazir müavinlərindən biri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə "seherxeber.org" saytı məlumat yayıb. Portala daxil olan məlumata görə, Azərbaycanın mühüm nazirliyində yüksək post tutan, general rütbəli müavin (həmin şəxsin adını müəyyən səbəblərdən açıqlamırıq) bu yaxınlarda Azərbaycanda Kotolik Kilsəsinin keşişlərin biri ilə quda olub. Məsələ ilə bağlı mənbə bildirir ki, qızını keşişin oğluna ərə verən yüksək çinli məmurumuzun həyat yoldaşı da miliyyətcə rusdur. Elə bu səbədən də keşişlə yüksək çinli məmurumuz quda olublar. Deyilənlərə görə, Bakının tanınmış şadlıq evlərinin birində cütlüyün toy mərasimi möhtəşəm keçirilib. Lakin maraqlı məqamlar bununla yekunlaşmır. Mənbənin söylədiklərinə görə, nazir müavinimiz bir neçə il öncə Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin təmirinə milyonlarla vəsait xərcləyib. Əslində kilsənin təmirinə ayrılan vəsait dövlət hesabına aparıldığı göstərilsə də amma pulunu nazir müavinimiz ödəməli olub. Nazir müavinimiz kilsənin yenidən qurma işləri üçün Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyronu külli miqdar pul müqabilində Bakıya dəvət edib. Kilsənin yenidən tikintisi Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında hazırlanaraq Azərbaycanın В«A+AВ» şirkətlər qrupu inşa edib. Geri qayıt |