Əsas Səhifə > Hadisə, Manşet > İSMƏT ABBASOVUN ƏRZAQ SABOTAJI

İSMƏT ABBASOVUN ƏRZAQ SABOTAJI


8-12-2011, 14:08
İSMƏT ABBASOVUN ƏRZAQ SABOTAJI

KTN VƏ DSK PREZİDENTİN İMZALADIĞI IKI DÖVLƏT PROQRAMININ İCRASINA QARŞI

DİA.AZ: - Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iki dəfə dövlət proqramı qəbul olunub. Onlardan birini 2001-ci ildə mərhum prezident Heydər Əliyev, digərini 2008-ci ildə dövlət başçısı İlham Əliyev imzalayıb. Həmin sərəncamlara görə, 2015-ci ilə kimi ölkə öz potensialı hesabına daxili təlabatın əksər hissəsini tam təmin etməli idi.

Lakin proqramlar həyata keçiriləndən sonra aqrar sektordakı keçmiş ənənələr də məhv olmağa başladı. Bu gün kənd təsərrüfatı məhsullarının idxalı kəskin şəkildə artıb ki, bu da ölkəni ərzaq təhlükəsi altına atır. Dövlət Statistika Komitəsinin ziddiyətli rəqəmləri də hökumətin bu istiqamətdəki siyasətinin iflasa uğradığını sübut edir. Bu haqda bir qədər sonra.

Aqrar sektor Azərbaycan iqtisadiyyatının aparıcı sferası kimi ümumi daxili məhsulun (ÜDM) təxminən 5, məşğulluğun isə təxminən 45,9 faizini (məşğul əhalinin 1 milyon 655 min nəfəri) formalaşdırır. Əhalinin istehlakının ən azı üçdə ikisi bilavasitə bu sektor hesabına təmin olunur. Odur ki, ölkənin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkişafından asılıdır. Bu inkişafa ölkənin coğrafi mövqeyi də kifayət qədər imkan verir.

Dövlət Statistika Komitəsinin 2010-cu ilə olan məlumatına görə, aqrar sahədə çalışanların orta aylıq əməkhaqları 160,3 manatdır. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, bu, heç bir əsasa söykənməyən rəqəmdir. 2010-cu ildə kənd təsərrüfatında 3 milyard 877,7 milyon manatlıq məhsul istehsal edilib. Mütəxəssisin apardığı hesablamaya görə kənd təsərrüfatı məhsullarının maya dəyəri 195 manata başa gəlir. Statistika Komitəsinin məlumatına görə bu məbləğin 160,3 manatı əmək haqqı kimi alınıb. Belə çıxır ki, 35 manata maya dəyəri başa gələn kənd təsərrüfatı məhsulu dəyərindən 5,6 dəfə baha, yəni 195,25 manata satılıb. Ona görə də 160 manat heç vaxt real ola bilməz. Əgər doğrudan da, 195 manatlıq ərzaq istehsal olunubsa onun 20 faiz əməyin haqqı təşkil edə bilər. 20 faiz isə 39 manat edir, 160 manat deyil.

Dövlət Statistika Komitəsinin biabırçı statistikalarından biri isə dərc etdiyi nəşrlərdə yer alıb. Belə ki, 2009-cu ildə nəşr olunun statistik nəşrdə ət idxalı 23 677 ton, süd istehsalı 1 678 114 ton, idxalı 276 838 ton göstərilir. DSK-nın 2010-cu il hazırladığı nəşrdə 2009-ci ilin statistkası təkrarən göstəriilb. Təəccüblüsü odur ki, bu dəfə fərqli fərqli rəqəmlərdə. Belə ki, ət idxalı 45 811 (2009-cu ilin nəşrindəkində göstəriləndən 22 134 ton çox), süd istehsalı 1 433 114 (245 000 ton az), süd idxalı 634 236 (357 398 ton çox). DSK-nın 2009-cu ilin statikasını çap etdiyi nəşrlərdə fərqli göstərməsi Azərbaycandakı statiskasının reallıqdan tamam kənar olduğunu sübut edir.

Statiska Komitəsi məhsul idxalındakı ziddiyətli rəqəmləri Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Nəzarəti Xidmətinin məlumatlarını da nəzərə alması ilə izah edilir. Əslində, bu bəhənədir. Belə olan təqdirdə də azalmanın məntiqini izah etmək mümkün deyil. Əgər Baytarlıq Nəzartinin məlumatı sonradan əlavə edilibsə, bu rəqəm çox olmalıdır. Amma süd istehsalında azalma müşahidə edilir. İnsanlar bunu istehlak ediblərsə, necə ola bilər ki, növbəti ildəki nəşirdə bu rəqəm birdən-birə azalsın. Əksinə əlavə məlumat daxıl olubsa, artdığı göstərilməli idi. Ümumilikdə, Statistka Komitəsinin bu biabırçılığa göstirdiyi izah heç bir məntiqə və reallığa sığa bilməz.

Digər mübahisə doğruan məsələ kənd təsərrüaftında istifadə olunan torpaq sahələr ilə bağlıdır. Bu gün kənd təsərrüfatına yararlı torpaqların sahəsi 4 milyon 756,5 min hektar və yaxud 55 faiz təşkil edir. Onun 2 milyon 560 min hektarın örüş sahəri tutur. Qəbul olunan qaydalara görə, hər 4 qoyun üçün 1 ha torpaq sahəsi düşür. Ölkədə 8,5 milyon baş qoyun-keçi olduğuna inansaq, o zaman örüş üçün nəzərdə tutulan 2,5 milyon ha ərazi onlara kifayət edir. Amma nəzərə alsaq ki, ölkədə mövcud olan iribuynuzlu heyvanlar üçün daha 3-4 milyon ha-ya yaxın örüş və biçənək lazımdır, onda torpaq sahəsinin qıt olduğunu demək olar. Azərbaycanda mal-qara, qoyun-quzu sayının ifrat dərəcədə çox olmasına baxmayaraq, məhsuldarlıq çox aşağıdır. Həmin heyvanlar üçün biçəkən və örüş çatdırmaq mümkün olmadığına görə, Türkiyənin 1 inəyi 10, Azərbaycanın 1 inəyi isə 2 nəfəri yedizdirir.

Dövlət Proqramlarının necə icara olunmasına gəlincə, Dövlət Statiska Komitəsinin hətta şişirdilmiş rəqəmləri ilə də iflası ört-bas etməyi bacarmayıb. Belə ki, DSK-nın məlumatında 2005 və 2010-cu illəri müqayisə etdikdə görünür ki, taxıl üzrə məhsuldarlıq 26,5 ha.sentnerdən 20 sentnerə, çəltik 36 sentnerdən 24 sentnerə, pambıq 17,5 sentnerdən 12 sentərə, kartof 149 sentnerdən 145 sentnerə, meyvə 73 mentnerdən 70 sentnerə düşüb. Ölkədə istehlak olunan məhsullar isə ölkənin real normasının heç yarısını ödəmir. Məsələn, DSK-ya görə 2007-ci ildə adambaşına 23 kq ət istehlak olunub. Halbuki, norma il ərzində 80 kq-dır. Balıq məhsulları isə adambaşına cəmi 2,4 kq. (illik norma 20 kq-dır), yumurta 97 ədəd olub (norma 260-dır), kartof 97 kq istehlak olunub (norma 140 kq-dır) və sair. Göründüyü kimi, əhalinin yoxsul səviyyədə yaşaması norma daxilində qidalanmasına imkan vermir.

Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatına ayrılan vəsaitləri isə yüksək hesab etmək olmaz. 16 milyard manatlıq büdcədən təxminənə 400 milyon manat aqrar sektora yönəlir. Nəqliyyat sektorunda beynəlxalq malliyyə təşkilatlarından milyardlar alan (gələn il 700 milyon manat alınacaq) hökumət, 2005-2010-cu illərdə kənd təsərrüfatı sahəsinə Dünya Bankından cəmi 15 milyon ABŞ dolları həcmində kredit alıb. Həmin vəsaitdən fermerlərə çatan subsidiyalar ətrafında gedən proseslər isə dəhşət doğurur. DSK-nın məlumatında aydın olur ki, 2007-ci ildən aqrar sahəyə 80 milyon manat vəsait ayrılsa da, onun 62,4 milyonu, 2010-cu ilin büdcəsindən ayrılan 110 milyon manat vəsaitin isə yarısı, yəni 55,5 milyon manatı fermerlərə verilib. 55,5 mlyon manat isə 399 600 subsidiya alan fermerlərin arasında bölüşdürəndə adambaşına 138,9 manat düşür. Hökumət isə bu məbləğlə fermerə kənd təsərrüfatı sahəsini inkişaf etdirilməyi tələb edir...


Geri qayıt