Əsas Səhifə > Gündəm, Manşet > SİYƏZƏNDƏ XALQDAN GİZLİN XALQLA GÖRÜŞ

SİYƏZƏNDƏ XALQDAN GİZLİN XALQLA GÖRÜŞ


2-05-2013, 10:41
SİYƏZƏNDƏ XALQDAN GİZLİN XALQLA GÖRÜŞ
PA NÜMAYƏNDƏSİNİN DƏ QATILDIĞI GÖRÜŞƏ NARAZILAR DÜŞƏ BİLMƏYİB

DİA.AZ: - Siyəzən rayonundan redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a göndərilən müraciətin müəllifləri bildirirlər ki, rayonun icra başçısı Arif Qasımovun bu günlərdə Eynibulaq kəndində təşkil etdiyi görüşdə rəsmən biabırçılıq baş verib.

Şikayətçilər yazır: «Aprel ayının 26-da Siyəzənin Eynibulaq kəndində icra başçısı Arif Qasımov guya ki, kənd sakinləri ilə görüş keçirib. Əslində həmin kəndi təsadüfən seçməyiblər. Yol və su problemi alaçiy həll olunan bu kəndə «ürəklə» gəldiyini zənn edən icra başçısının digər kəndlərə eyni qaydada gəlməsi mümkün deyil. Ən azından onu daşqalaq edərlər».

Siyəzənlilər yazır ki, Arif Qasımovun Yenibulaqdakı görüşü də qalmaqalsız ötüşməyib: «Digər kəndlərin sakinləri görüş xəbərini eşidib Eynibulaca axışıblar. İcra başçısının qapısında aylarla yatan şikayətçilər də bu kəndə gəliblər, amma yerli polis idarəsinin əməkdaşları kimsəni Arif Qasımova yaxın düşməyə qoymayıblar. Hətta narazı siyəzənlilərin əksəriyyəti kənd ərazisindən uzaqlaşdırılıb».

Sakinlər bildirir ki, həmin görüşdə Prezident Administrasiyasının nümayəndəsi Arif Novruzov da iştirak etdiyindən Eynibulaqdakı səyyar görüş rəsmən fövqəladə şəraitdə həyata keçirilib.

Qarşı tərəfin də bu iddialara cavabını işıqlandırmağa hazırıq…

Geri qayıt