Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN QULDUR DÖVLƏT OLDUĞUNU NÜMAYİŞ ETDİRDİ
TEHRAN QULDUR DÖVLƏT OLDUĞUNU NÜMAYİŞ ETDİRDİ2-05-2013, 09:54 |
RAMİZ MEHDİYEVİN İRANDA VERDİYİ VƏDLƏR YETƏRLİ HESAB OLUNMAYIB DİA.AZ: - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin Təbrizdə İran agenturası tərəfindən həbs olunması və bunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İranda apardığı «mehriban danışıqların» tüstüsü çəkilməmiş həyata keçirilməsi bir çox mətləblərin üzərinə işıq salmaqdadır. DİA.AZ bildirir ki, bu hadisə ilk növbədə PA şefinin İran səfərinin nəticə etibarilə fiaskoya uğraması anlamını daşıyır. Digər tərəfdən, İran bununla həm də şərtlərinin şərt olduğunu diqqətə çatdırmış olur. Nədir şərtləri? Bu barədə yerli mətbuatda dəfələrlə məlumatlar verilib. Və DİA.AZ olaraq bildiririk ki, mola rejimiinin rəsmi Bakıdan ilk istəyi fars təmayüllü dindarların azadlığa buraxılması ilə əlaqədardır. Onların başında gələni isə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa buraxılmasıdır. Keçən günlərdə yayılan xəbərlərin birində vurğulanırdı ki, Mövsüm Səmədovun azadlığa buraxılması üçün rəsmi Bakı tərəfindən Ramiz Mehdiyevin dili ilə mollalara vəd verilib. Amma görünür bu vəd yetərli hesab olunmayıb. Elə bunun nəticəsidir ki, özünün quldur mahiyyəti ilə hər zaman diqqətə gələn rəsmi Tehran bu dəfə Azərbaycanın xanım alimininigirov götürmək qərarına gəlib. Bildirək ki, Xalidə Xalidin nədə ittiham olunması hələlik məlum olmasa da, bir fakt məlumdur. Bu xanım alimimizi hər zaman Güney Azərbaycan probleminəi həssas yanaşıb və onun ayrı-ayrı çıxışlarında rəsmi Tehranın maraqları qılınclanıb. Yəni Xalidə Xalid çoxdan hədəfdə idi və mollaların qara siyahısına düşmə şərəfinə nail olmuşdu. Bu həbslə, əslində fars agenturasının oğurluğu ilə rəsmi Tehran öz tərəfindən addımını atdı. İndi tək qalanı Bakının cavabıdır. Fars-molla rejiminin adamlarını azad edəcəkmi? Geri qayıt |