Əsas Səhifə > Gündəm, Manşet > “AZƏRBAYCANIN REYQANINA” QADAĞA QOYULA BİLƏR
“AZƏRBAYCANIN REYQANINA” QADAĞA QOYULA BİLƏR2-05-2013, 09:30 |
RÜSTƏM İBRAHİMBƏYOVUN VƏTƏNDAŞLIQDAN ÇIXARILMASI GÜNDƏMDƏ DİA.AZ: - “Təklif edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycanda arzuedilməz şəxs elan edilsin”. Qeyd edək ki, bu sözləri dünən yerli KİV-ə açıqlamasında kinorejissorun ölkə başçısı ilə bağlı dediklərini dəyərləndirərkən YAP-ın gənclər təşkilatının sədri Seymur Orucov belə deyib. Daha sonra gənc YAP-çı bunları deyib: “Azərbaycan və ölkə başçımız haqqında cəfəng fikirlər, qərəzli iddialarla çıxış edən R.İbrahimbəyov indiki iqtidarın ünvanına yalan və böhtanlar yağdırmaqla xarici himayədarlarından daha çox qrant almaq fikrindədir. Rusiya mətbuatına xalqımız haqqında böhtanla dolu müsahibə verənə qədər yalnız kinorejissor və ssenarist kimi tanınan R.İbrahimbəyov bundan sonra vətən xaini kimi də tanındı. O, bu müsahibəsində ermənilərə bəslədiyi gizli rəğbətini ortaya qoydu və bununla da soykökünün mənşəyini açıqladı. Mövqeyi və niyyəti bəlli olmayan, xalqına təhqirlər yağdıran və düşmənin şəninə təriflər söyləyən R.İbrahimbəyovun Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmasını istəyərdim. Onun kimi insanın bu ölkənin havasını və suyunu udmağa haqqı çatmır. Getsin maraqlarına xidmət etdiyi ölkələrdən vətəndaşlıq alsın. Azərbaycanın havası, suyu elə adamlara haramdır”. DİA.AZ-a hakimiyət içindəki qaynaqlardan daxil olan məlimatda bildirilir ki, Seymur Orucovun bu təşəbbüsü “yuxarılar” tərəfindən tam olaraq ciddiyə alınıb və Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan çıxarılması məsələsi gündəmdədir. Hətta bunun üçün Milli Məclisin fövqəladə toplantı keçirməsi də gözlənilir. Mənbənin söylədikləri: “Rüstəm İbrahimbəyovla yanaşı, Əkrəm Əylislinin və daha bir neçə İran və Rusiya təmayüllü şəxsin də eyni qaydada vətəndaşlıqdan çıxarılması parlament tərəfindən təklif olunacaq. Burada məqsəd qarşıdan gələn prezident seçkilərində Kremlin Rüstəm İbrahimbəyovla bağlı planlarını alt-üst etməkdir”. Qeyd edək ki, rusların Rüstəm İbrahimbəyovu hətta Ronald Reyqan kimi prezident kürsüsünə gətirmə pkankarının olduğu da söylənilir. Geri qayıt |