Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDA BÖYÜK KORRUSPİYA FAKTI AŞKARLANIB

MASALLIDA BÖYÜK KORRUSPİYA FAKTI AŞKARLANIB


1-05-2013, 15:37
MASALLIDA BÖYÜK KORRUSPİYA FAKTI AŞKARLANIB
DİA.AZ: - Ötən həftənin cümə günündən etibarən Masallı rayonuna Bakıdan kiçik heyətli qrup gəlib. DİA.AZ-a rayondan verilən məlumata görə, həmin komissiyanın məqsədi büdcə vəsaitlərinin xərclənməsini yoxlamaq və bununla bağlı protokol tərtib etməkdir.

Mənbənin bildirdiyinə görə, komissiyanın Masallıya təşrif buyurmasında ciddi əsaslar olub. Belə ki, rayonda ciddi maliyyə pozuntuları ilə yanaşı, külli miqdarda yeytini hallarının da olduğu aşkarlanıb. Hətta komissiyanı rayona dəvət edənlər bu yeyinti ilə bağlı tutarlı sənədləri də təqdim ediblər.

Biuldirək ki, bir müddət əvvəl Hesablama Palatasının yekun hesabatında da Masallıda büdcə vəsaitlərinin xərclənməsində nöqsanların aşkarlandığı haqda qeydlər var idi. Indi isə bu QEYDLƏR icra başçısı Rafil Hüseynova başağrısı yaratmaqdadır.

Məlumatda vurğulanır ki, bu yoxlamalardan sonra Masallıda həbslərin də olacağı istisna edilmir. Çünki həmin təqdim olunan sənədlərdəki yeyinti faktları təsdiqlənərsə, bir çoxlarının, hətta icra başçısının müavinləri səviyyəsində məsuliyyətə cəlb edilmə zərurətə çevriləcək.

Geri qayıt