Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞƏMKİRİN İCRA BAŞÇISI POSTU NEÇƏYƏ GEDİR?

ŞƏMKİRİN İCRA BAŞÇISI POSTU NEÇƏYƏ GEDİR?


1-05-2013, 14:34
ŞƏMKİRİN İCRA BAŞÇISI POSTU NEÇƏYƏ GEDİR?
TƏLƏB OLUNAN PULU VERƏN YOXDUR

DİA.AZ: - Hələ xeyli əvvəldən məlumat verərək bildirmişdik ki, Şəmkir rayonunda icra başçısı dəyişikliyi gözlənilir. Amma bu istiqamətdə yubanmalar var. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində Şəmkirdə icra başçısı dəyişikliyi sırf olaraq bazarlıqla əlaqədardır.

Təbii ki, bu gün Azərbaycanda vəzifələrin, postların, mövqelərin alınıb-satıldığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Nadir hallarda, hansısa yaxşı işçinin vəzifəsində yüksəlişi gözləniləndir. İcra başçısı postlarının isə əməlli-başlı bazar predmeti olduğu hər kəsə məlumdur. Hətta rayonuna görə bu qiymətlər dəyişir də. Məsələn, hazırda Sumqayıtın icra başçısı olmaq üçün 5 milyon ABŞ dollarından keçmək lazımdır. Bu haqda yerli mətbuatda da müxtəlif məlumatlar verilib.

Mənbəmiz bildirir ki, Şəmkirdə icra başçısı ola bilmələri üçün namizədlərlə bazarlığı Prezident Administrasiyasının «makler»ləri həyata keçirir: «Onlar bir neçə nəfərdirlər və hər kəs bir «makler»lə işini qurur. Digər rayonlarla bağlı da belə olur. İndi də Şəmkirə başçı gələ bilmələri üçün bazarlıq açılıb və bu post üçün 2 milyon ABŞ dolları hesab olunur».

Mənbəmiz bildirir ki, sovet dönəmində kifayət qədər varlı rayon hesab olunan Şəmkirin icra başçısı postu üçün hazırda bu məbləği kiminsə verməsi çətinləşib: «Konkret olaraq yerli idarə müdirlərindən biri Şəmkirə başçı gəlmək istəyir. Amma o, tələb olunan pulun yarısını verə bildiyindən indiki icra başçısının ömrü də uzanır».

Mənbəmiz əlavə etdi ki, amma yaxın günlərdə Şəmkirə yeni təyinat olacaq.

Geri qayıt