Əsas Səhifə > Cəmiyyət > AMEA-DA KADR İSLAHATI

AMEA-DA KADR İSLAHATI


8-12-2011, 12:09
AMEA-DA KADR İSLAHATI

İKİ İNSTİTUTA REKTOR TƏYİN EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının iki institutuna yeni direktor təyin olunub.

Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin dekabrın 7-də keçirilən iclasında akademiyanın müxbir üzvü İlham Ələkbərov Zoologiya İnstitutunun, biologiya elmləri doktoru Validə Əlizadə isə Botanika İnstitutunun direktoru təyin ediliblər.

“Media forum” saytı xəbər verir ki, İlham Ələkbərov buna qədər Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini olub. İnstitutun direktoru akademik Musa Musayev 2010-cu il dekabrın 4-də vəfat edib. İlham Ələkbərov son bir ildə Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edib.

Validə Əlizadə də yeni təyinata qədər Botanika İnstitutunun direktoru vəzifəsini icra edib.


Geri qayıt