Əsas Səhifə > Hadisə > BAKIDA 44 YAŞLI QADIN QUDASININ BOĞAZINI KƏSDİ
BAKIDA 44 YAŞLI QADIN QUDASININ BOĞAZINI KƏSDİ1-05-2013, 09:56 |
ŞOK OLAYIN TƏFƏRRÜATLARI Ötən gün saat 16:40 radələrində Bakının Binəqədi rayonunda qadın qudalar arasında mübahisə qanla nəticələnib. Binəqidi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 28 ünvanında baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Sevinc Cabbarova mübahisə zəmnində qudası 1963-cü il təvəllüdlü Safurə Əbdülovanın boğazını bıçaqla kəsib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qudasının boğazını kəsən Sevinc Cabbarova isə polis tərəfindən saxlanılıb. Hadisənin səbəblərinə gəlincə, Sevinc Cabbarova qızının əri tərəfindən döyülməsi barədə oğlanın anasına şikayət edib. Qadın qızının mütamadi olaraq əri tərəfindən döyülməsini bildirib. Lakin Safurə Əbdülova oğlunun əməlinə haqq qazandırıb. Buradan da mübahisə başlanıb. Mübahisə əlbəyaxa davaya, saçyolduya keçib. Nəticədə 44 yaşlı qadın 50 yaşlı qudasına bıçaqla hücum edib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |