Əsas Səhifə > Siyasət, Manşet > RUSİYADA BANKIMIZA HÜCUMLA BAĞLI ŞOK FAKTLAR

RUSİYADA BANKIMIZA HÜCUMLA BAĞLI ŞOK FAKTLAR


1-05-2013, 09:51
RUSİYADA BANKIMIZA HÜCUMLA BAĞLI ŞOK FAKTLAR
BEYNƏLXALQ BANKIN FİLİALINA BASQINI VAQİF MƏMİŞOV TƏŞKİL EDİB

DİA.AZ: - Məlum olduğu kimi, dünən Azərbaycan Beynəlxalq Bankının Sank-Peterburk filialına aprelin 30-u səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının qara maskalı əməkdaşları basqın edib. Onlar ofisi bağlayıb və nəzarətə götürüblər.

Onu da bildirək ki, bu olayla bağlı DİA.AZ-a olduqca ilginc faktlar daxil olub. Faktlara keçməmihdən öncə, ilk növbədə baş vermiş olayla bağlı yaranmış təəssüratlara nəzər salaq. Məlumdur ki, ABB-nin Rusiya ərazisindəki filialları hələ mərhum prezident Heydər Əliyevin dövründən yaranamğa başlayıb və bu gün ABB Rusiyanın bank sektorunda çox ciddi yerə sahibdir.

Bu bankın filiallarının yaranmasında əsas məqsəd Rusiyada yaşayan azərbaycanlıların öz pullarını Azərbaycana rahatlıqla göndərə bilmələrinə, Rusiyada biznes və müxtəlif layihələrinin maliyyələşdirilməsi üçün bank dəstəyi ala bilmələrinə, Rusiyadakı imkanlı azərbaycanlıların pullarını Azərbaycan bankına əmanət etmələrinə nail olma və digər buk imi niyyətlərdən ibarət olub.

DİA.AZ-a danışan Rusiyadakı mənbə iddia edir ki, həqiqətən də bu gün ABB-nin Rusiyanın ayrı-ayrı filialları çox ciddi uğurlar əldə edə biliblər və eyni zamanda Azərbaycandan olan iş adamları ilə çox ciddi layihələrdə əməkdaşlıq edirlər. Amma təbii ki, bundan yana narahat olanlar da var. Burada Rusiyadakı erməni diasporasından daha çox, Rusiyanın xüsusi xidmət orqanlarının sıradan çuğullarına çevrilən bəlli bir şəbəkənin fəaliyyəti daha da qabarıq şəkildə hiss olunmaqdadır.

Məlumatlı mənbə redaksiyamıza bildirir ki, elə Beynəlxalq Bankın Sankt-Peterburqdakı filialı da məhz həmin şəbəkənin sifarişi ilə dünən basqına məruz qalıb. Mənbənin söylədikləri: «Bu şəbəkənin başında «Azerros»un Sankt-Peterburqdakı əsas nümayəndəsi, Söyün Sadıqovun yaxın dostu Vaqif Məmişov dayanır. Bu adam dəfələrlə Azərbaycanın ayrı-ayrı nüfuzlu şəxslərinə qarşı qarayaxma kampaniyaları ilə də tanınıb.

Bu adam hazırda Sankt-Peterburqda ciddi avtoritet sahibidir. Amma bu avtoritet heç də halal yolla qazanılmayıb və heç də Azərbaycan dövlətinin maraqlarına xidmət etmir. Belə ki, Vaqif Məmişov Sankt-Peterburqun yerli hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə ƏMƏKDAŞLIĞI sayəsində bugünkü mərtəbəyə yüksəlib. Və onun bu YÜKSƏLİŞİ YOLUNDA onlarla Azərbaycan oğlunun haqsız olaraq biznesdən sıxışdırılıb çıxarılması, müflis edilməsi, neçəsinin aradan götürülməsi və digər bu kimi antiAzərbaycan, xəyanətkar fəaliyyətlər durmaqdadır».

Mənbəmiz bildirir ki, zaman-zaman Vaqif Məmişov Sankt-Peterburqdakı nüfuz sahibi olan azərbaycanlılara qarşı savaş açaraq, onları müflis etməyə nail olub: «Onun Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə əməkdaşlığı bu şəraiti yetişdirib. Nəticədə Azərbaycana gələcəkdə böyük dəstək ola biləcək biznesmenlər var-yoxlarından olublar. İndi də bu adam Beynəlxalq Bankın Sankt-Peterburqdakı filialını hədəfə alıb».

Mənbəmiz bildirir ki, bu filial Sankt-Peterburqdakı azərbaycanlı iş adamlarının əsas dayağı olduğundan ermənilərlə qohumluq əlaqəsi olan Vaqif Məmişov ABB-nin hər zaman hədəfdə saxlayıb: «3 il əvvəl də anoloji hadisə baş vermişdi. Vaqif Məmişov və onun tərəfindən öyrədilmiş adamlar Rusiyanın xüsusi xidmət orqanlarına ardıcıl olaraq «donos» xarakterli məktublar, müraciətlər yollayaraq belə bir rəy yaratmağa çalışıblar ki, guya ABB-nin Sankt-Peterburq filialında silah saxlanılır, bu filialda terrorçuların bank hesabları var, bu filialdan terrorçulara pul köçürmələri edilir və s. Yəni bu kimi iyrənc üsullarla Vaqif Məmişov ABB-nin Sankt Peterburqdakı filialına qarşı 3 il əvvəl də analoji hücumu təşkil etdirə bilmişdi.

Lakin həmin zaman Beynəlxalq Bankın Azərbaycandakı rəhbərliyi işə müdaxilə edərək, məsələni yoluna qoydu. Hətta işin arxasında Vaqif Məmişovun dayandığı da təsbit olundu. Və bu adama sərt şəkildə xəbərdarlıq edildi. İndi isə Kremlə rəsmi Bakını az qala savaş həddinə çatdırmağı qəsd edən «Azərros» rəhbərliyi belə düşünüb ki, ABB-yə qarşı növbəti hücumu təşkil edə bilər.

Və dünən baş verən hadisə də bununla bağlıdır. Yenə də ABB-nin Sankt-Peterburq filialı ilə bağlı saxta məlumatlar Rusiyanın hüquq-mühafizə orqanlarına ötürülüb və verilən yalan məlumatda göstərilib ki, guya bankda silah saxlanılırg. Hər halda, bu absurd bir ittiham idi və qara maskalılar da bankın filialına gəldikdən sonra verilən xəbərin yanlış olduğunu öz gözləri ilə görüblər.

Amma burada maraqlı olanı Vaqif Məmişovun heç bir məsuliyyətə cəlb olunmamasıdır. Hər halda, rus polisi bu məsələni araşdırmalıdır və yalan məlumatın qaynağına qarşı hüquqi tədbir görməlidir. Amma indiki situasiyada bu da imkansız görünür. Çünki Vaqif Məmişov Söyün Sadıqov kimi rus nökərlərinə güvənir və belə bir şəraitdə onun Rusiyada həbsi mümkün deyil».

Geri qayıt