Əsas Səhifə > Gündəm, Manşet > İRANDAN RAMİZ MEHDİYEVİN ADI İLƏ TƏXRİBAT CƏHDİ

İRANDAN RAMİZ MEHDİYEVİN ADI İLƏ TƏXRİBAT CƏHDİ


1-05-2013, 09:20
İRANDAN RAMİZ MEHDİYEVİN ADI İLƏ TƏXRİBAT CƏHDİ
MOLLA MƏTBUATINA İNANSAQ, PA ŞEFİ AZƏRBAYCANI İRAN TORPAĞI BİLİR

DİA.AZ: - Fars-molla mətbuatı Azərbaycan Prezident Admninistrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfəri ilə bağlı təxribat xarakterli məlumat yayıb. Və görünəni odur ki, PA şefinin İrana münasibətləri qaydaya sala bilməsi üçün etdiyi səfər də effektsiz olub. əgər belə olmasaydı ənənəvi fars ruporları Ramiz Mehdiyev hələ İrandaykən on8un adından ölkəmizə qarşı çevrilə biləcək təxribatçı açıqlamaları yaymazdılar.

DİA.AZ bildirir ki, əgər fars mətbuatının yazdıqlarına inansaq, o zaman Ramiz Mehdiyevin mollaların dəyirmanına su tökdüyü anlaşılır. Amma bunu belə olmadığı ilk başdan anlaşılır. Yəni inandırıcı deyil ki, Ramiz Mehdiyev İran səfərində Azərbaycanın İran torpağı olmasını söyləsin.

DİA.AZ “AranNews” portalında Ramiz Mehdiyevin adına çıxılan həmin açıqlamanın da yer aldığı məlumatı olduğu kimi diqqətinizə çatdırır: “Azərbaycan Respublikası prezident aparatının rəhbəri İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşərək fikir mübadiləsi aparıblar. Əli Laricani Azərbaycan Respublikası ilə İran arasındakı tarixi və mədəni bağlılıqlara toxunaraq deyib: "İki qonşu və müsəlman ölkənin xalqları və məsulları bir-birlərinə qarşı dərin yaxınlıq və dostluq hiss edirlər və bunu daha da dərinləşdirmək lazımdır".

İİR parlamentinin sədri deyib: İran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlıqların daha da genişləndirilməsini dəstəkləyir.

Laricani deyib: Region ölkələri öz problemlərini bir-birləri ilə yaxın əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdirlər. Bu istiqamətdə İİR Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır.

Bu görüşün davamında Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tehrana səfərindən razı qaldığını bildirərək İranı Azərbaycanın dostu və qardaşı adlandıraraq deyib: "Azərbaycan Respublikası və İran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycan Respublikasının tarixi İranın ümumi tarixinin önəmli bir hissəsi hesab olur".

R.Mehdiyev deyib: "Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar, böyük potensiallar və mənafelərlə birgə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bu zəminlərdən faydalanmaq lazımdır".

Prezident Administrasiyasının rəhbəri artırıb: "İran İslam Respublikasının rifah və inkişafını onun müstəqillik və ərazi bütövlüyünə hörmətlə yanaşı öz ürəyimizin arzusu bilirik və inanırıq ki, iki ölkə arasında dostluq münasibətlərinin artırılması istiqamətində heç bir səyi əsirgəmək lazım deyil".

Ramiz Mehdiyev deyib: İki ölkənin dinc qonşuluq münasibətlərindən kənar bəzi ölkələr iki müsəlman qonşu ölkənin dost əlaqələrini əngəlləməyə cəhd göstərirlər. Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır.

Ramiz Mehdiyev görüşün sonunda Azərbaycanla Ermənistanın ərazi ixtilaflarının həlli istiqamətində İran İslam Respublikasının tutduğu gözəl möveyi görə öz təşəkkürünü bildirib və bu ixtilafın tamamilə aradan qalxması üçün İranın sona kimi əməkdaşlıq etməsini istəyib.

Əli Laricani bu görüşdə öz azərbaycanlı həmkarını İran İslam Respublikasına dəvət edib”.

Geri qayıt