Əsas Səhifə > Cəmiyyət > “ARTIQ “ASİ”NİN DƏ ÇAPINA İMKAN VERİLMİR”

“ARTIQ “ASİ”NİN DƏ ÇAPINA İMKAN VERİLMİR”


7-12-2011, 18:41
“ARTIQ “ASİ”NİN DƏ ÇAPINA İMKAN VERİLMİR”

TAPŞIRIĞIN PREZİDENT ADMİNİSTRASİYASINDAN GƏLDİYİ BİLDİRİLİR

“ASİ” qəzetinin baş redaktoru Anar Mahmudoğlu dekabrın 7-də ABŞ səfirliyinə dəvət edilib və mətbuat katibi Kis Binlə görüşüb. Jurnalist “Media forum” saytına deyib ki, Kis Bin son hədələr və təzyiqlərlə maraqlanıb:

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzet kollektivinə qarşı müxtəlif təzyiqlər, son ölüm təhdidləri ilə bağlı ətraflı məlumat verdim. Qanunsuz olaraq “Xural” qəzetinin çapına qadağa qoyulduqdan sonra “ASİ” qəzetini nəşr etdiyimizi diqqətə çatdırdım. Artıq “ASİ”nin də çapına imkan verilmir. Qəzetin nəşr olunduğu mətbəənin rəhbəri bizim kommersiya direktoru ilə əlaqə saxlayaraq cəmi bir nömrəsini dərc etdiyi “ASİ”nin çapından imtina etdiyini söyləyib və bunu Prezident Administrasiyasından verilən tapşırıqla əlaqələndirib”.

Kis Bin jurnalistə və onun ailəsinə qarşı ölüm hədəsi ilə bağlı başlanan təhqiqat işi ilə də maraqlanıb. Anar Mahmudoğlu Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsində aparılan təhqiqatdan narazı olmadığını, işin aidiyyəti üzrə 17-ci polis bölməsinə göndərildiyini diqqətə çatdırıb və qeyd edib ki, hakimiyyətin yuxarı təbəqəsindən heç bir təzyiq olmasa, onu hədələyənin qısa müddətdə tapılacağına ümid edir.


Geri qayıt