Əsas Səhifə > Ölkə, Manşet > TƏRTƏRİ VƏHABİLƏRƏ PEŞKƏŞ EDƏN BAŞÇI
TƏRTƏRİ VƏHABİLƏRƏ PEŞKƏŞ EDƏN BAŞÇI30-04-2013, 12:32 |
CEYHUN CƏFƏROV SAKİNLƏRİ ÇİLƏDƏN ÇIXARIB DİA.AZ: - Tərtər rayonunda vəziyyət yenidən pisləşib. DİA.AZ xəbər verir ki, bir müddət əvvəl icra başçısının 1-ci müavini Vidadi Bəylərovun avtoş oğlunun əməllərindən heyrətə gəlmiş rayon sakinləri, bu dəfə icra başçısının kimlərlə dostluq etməsindən xəbərdar olaraq şoka düşüblər. Rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Tərtərin icra başçısı Ceyhun Cəfərovun adı vəhhabilərlə birgə iş qurmaqda və əməkdaşlıqda hallanır. Həmin iddialara görə, icra başçısı onlara rayonda bütün şəraiti yaradıb. Bu imkanlardan istifadə edən vəhhabilər də Tərtərdə artıq bir neçə iri fermer kompleksi yaradıblar və heyvandarlıqla məşğul olurlar. Onlara yaradılan bir başqa şərait də odur ki, vəhhabilərə kimsə söz deyə bilməz. Camaatı narahat edən məqam icra başçısı ilə vəhhabilərin dost olması deyil. Onları narahat edən səbəb vəhhabilərə bu qədər geniş şəraitin yaradılmasıdır. Üstəlik, bu iş adamı dindarların heç birinin tərtərli olmamasıdır. Mənbə deyir ki, Ceyhun Cəfərov zaman içində onlara digər şəraitlər yaratmağa da söz verib. Məsələn, artıq rayonun mərkəzindəki bəzi dükan və ticarət məkanlarının həmin vəhhabilərin əlinə keçdiyinə dair məlumatlar var. Həmçinin o da vurğulanır ki, icra başçısı onlara maliyyə yardımları edərək, işlərini böyütmək üçün də imkanlar açır. Qeyd edək ki, vəhhabilər kifayət qədər radikal dini təşkilatların təmsilçiləridir. İndiyə qədər Azərbaycanda onların vasitəsi ilə bir neçə terror aktlarına cəhd olub və bu səbəbdən də təhlükəli dini cərəyan kimi qəbul edilirlər. Belə olan təqdirdə, dövləti təmsil edən icra başçısının onlarla bu qədər yaxın olması qəti başadüşülən deyil. Geri qayıt |