Əsas Səhifə > Siyasət, Manşet > GORANBOYUN İCRA BAŞÇISINI KEÇMİŞ DEPUTAT ƏVƏZ EDİR

GORANBOYUN İCRA BAŞÇISINI KEÇMİŞ DEPUTAT ƏVƏZ EDİR


30-04-2013, 10:44
GORANBOYUN İCRA BAŞÇISINI KEÇMİŞ DEPUTAT ƏVƏZ EDİR
QULAM ƏKBƏROVA GÜVƏNƏN NİZAMƏDDİN QULİYEVİN ERASI BİTMƏKDƏDİR

DİA.AZ: - Neçə müddətdir ki, özbaşınalıqları kuliminasiya həddinə çatan və hətta bunun fonunda barəsində olan vətəndaş narazılıqlarını mətbuatda işıqlandırılmasının qarşısının alınması üçün yerli KİV-lərdən şikayətçi düşən Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hələ də üzərindəki gərginliyi ata bilməyib. Aktivində bir sahibkarı nahaq yerə həbsə atdırma kimi səs-küylü olay olan icra başçısı indi də vətən uğrunda döyüşlərdə öndə olmuş Milli Qəhrəmanlara qarşı da savaş açıb ki, bu kimi faktlar Nizaməddin Quliyevin özünə qarşı çevrilməkdədir.

Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələrdən maraqlı bir xəbər btürülüb. Qaynaq iddia edir ki, may ayının ortası Nizaməddin Quliyev vəzifəsindən alınacaq və onunla bağlı verilən qərara qarşı hətta bu gün icra başçısını dəstəkləyən, adı bir müddət əvvəl Ukraynadakı diaspora nümayəndəmiz İqbal Mahmudovun qətlində sifarişçi kimi hallandırılan Qulam Əkbərov belə gedə bilmir. Halbuki Qulam Əkbərov bu gün bir sıra şübhəli çevrələrlə sıcaq münasibətlərdədir.

Mənbəmiz iddia edir ki, Nizaməddin Quliyevin çıxarılmasına təsir edən başlıca amil məhz prezidentin 12 fevral müşavirəsi zamanı müəyyən etdiyi kriteriyalar və həmçinin seçkiqabağı dönəmin yaratdığı təzahürlərdir: «Təbii ki, belə bir başçının vəzifəd saxlanılması iqtidar üçün Goranboyda ciddi problemlər yarada bilər. Seçkiqabağı döənm üçün isə heç bir hakimiyyət hansısa məmurun nazının çəkilməsi hesabına özünə anlamsız problem yaratmaqda maraqlı ola bilməz».

Mənbəmizin bildirdiyinə görə, may ayının ilk on günlüyündə Nizaməddin Quliyev görəvdən alınacaq: «Onun yerinə isə keçmiş deputatlardan birinin gətirilməsi planlaşdırılır. Hələlik bu barədə qəti qərar olmadığından, yalnız həmin ərəfədə dəqiqlik yarana bilər».

Geri qayıt