Əsas Səhifə > Cəmiyyət, Manşet > YƏHUDİ İŞ ADAMLARI HƏDƏFDƏ

YƏHUDİ İŞ ADAMLARI HƏDƏFDƏ


7-12-2011, 18:07
YƏHUDİ İŞ ADAMLARI HƏDƏFDƏ

İRAN RƏSMİ BAKIYA YƏHUDİ İŞ ADAMLARININ «VURULMASINI» DA SİFARİŞ EDİB

DİA.AZ: - PA rəsmisi Əli Həsənovun İranla anlaşması artıq özünü təzahür etdirməkdədir. Bu barədə redaksiyamıza çox ilginc faktlar daxilt olub. Mötəbər mənbələrin bildirdiyinə görə, Əli Həsənov İrandan dönər-dönməz hicab məhbuslarına hökmün oxunması necə ki, onların 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı veriləcək əfv fərmanı ilə azadlığına hesablanıb, eləcə də bir sıra yəhudi iş adamlarının da Azərbaycanda sıxışdırılması yönündə addımlar atılmaqdadır.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynaq iddia edir ki, kifayət qədər böyük biznesə malik olan yəhudi iş adamı Yaruxom İliyev də hədəfə alınanlar sırasındadır. Onun birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən «vurulduğu» bildirilir. Və əsas səbəb də İranın bunu tələb etməsidir.

Mənbə bildirir ki, İran tərəfi əli Həsənova Tehranda olarkən bir neçə yəhudi iş adamının Bakıdakı biznesinin əngəllənməsini tələb edib və bu tələbə rəsmi Bakıdan müsbət reaksiya verilib. Nəticədə onlarla yəhudi iş adamının çökdürülməsinə qərar verilib.

Onu da qeyd edək ki, Yaruxom İliyev in biznesi çökdürülməsi barədə məlumatlar bu günlərdə mətbu orqanlarda yer almışdı. Xəbərdə bildirilirdi ki, artıq Y.İliyevin biznesinin bir hissəsi alınıb, bir neçə dəfə isə Vergilər Nazirliyi onun obyektlərinə çöküb. Mənbənin bildirdiyinə görə onun Hövsanda balıqçılıqla məşğul olan obyekti və gəmiləri əlindən alınıb, eləcə də un fabriki qapadılıb.

Məlumatda o da qeyd olunurdu ki, yəhudi iş adamına ən böyük zərbə isə metronun “Əzizbəyov” stansiyasının yaxınlığında fəaliyyət göstərən, ona məxsus “Gön-Dəri” ASC-nin sökülməsi barədə verilən qərardır:

«Hazırda 500 nəfərin çalışdığı bu nəhəng müəssisənin sökülməsi üçün Y.İliyev 2012-ci ilin may ayına qədər vaxt verilib. Yəni bu vaxta qədər həmin bina sökülüb onun yeri abadlaşdırılmalıdır. Mənbə bildirib ki, hazırda Y.İliyev Azərbaycanda deyil; o Moskvada yaşayan və böyük bizneslə məşğul olan qardaşlarının yanındadır. Y.İliyev Bakıdakı obyektlərini virtual olaraq idarə edir. İliyev qardaşlarının ən məşhuru isə Zarahdır. Qubanın Qırmızı qəsəbəsində doğulan İliyev qardaşlarının məşhur iş adamları Telman İsmayılov, Qod Nisanov, Moskvanın keçmiş meri Yuri Lujkov və digər məşhur şəxslərlə isti münasibətləri və biznes ortaqlıları var».

Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, İliyev hakimiyyət dairələri ilə anlaşmağa çalışsa da, ona «yuxarılardan» da rədd cavabı verilib və o, Bakıdakı biznesindən əl çəkmək məcburiyyətindədir.

Qeyd edək ki, Y.İliyevin “Gön-Dəri” ASC-dən başqa Azərbaycanda bir sıra başqa obyektləri də var. Bakının Məhhəmədi və Kürdəxanı qəsəbələri arasında yerləşən ərazidə inşa olunan çoxmərtəbəli binaların da əksəriyyəti ona məxsusdur. Qeyd edək ki, “Gön-Dəri” ASC isə Y.İliyevin öz adına yox İsakov Zaxar İfraimoviç adlı şəxsin adına rəsmiləşdirilib, sənədlərdə bu müəssisəyə onun sədrlik etdiyi bildirilir. Amma hətta nüfuzlu “Forbes” jurnalı da İliyev qardaşlarının sərvətləri barədə apardığı araşdırmada Bakıda metronun “Əzizbəyov” stansiyasının yaxınlığında Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsi 2-də yerləşən “Gön-Dəri” ASC-nin Y.İliyevə məxsus olduğunu yazıb.


Geri qayıt